Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:16

DTX terrorçulara dəstəkdə günahlandırılanları tutub


Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Suriyada Birləşmiş Millətlər Təşkilatının terror təşkilatı saydığı birliklərin tərkibində terror aktları törədən şəxslərin maliyyə mənbələrinin aşkar edildiyini bildirilir.

DTX-nın açıqlamasına görə, bu qurumda Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak etmə), 283-1.3 (Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə cinayət işi başlanılıb və istintaq-əməliyyat tədbirləri aparılır.

Həmin cinayət işi çərçivəsində Azərbaycan vətəndaşları İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədovun məsuliyyətə cəlb edildiyi, barələrində həbs qətimkan tədbiri seçildiyi bildirilir.

Məlumatda iddia olunur ki, adları çəkilən şəxslər və başqaları 2017-ci ilin oktyabr ayından ayrı-ayrı ölkələrdəki terror təşkilatlarından, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınlarından pul alaraq onların Suriyaya göndərilməsini, çatdırılmasını təmin ediblər. Əldə edilən və Suriyaya göndərilən vəsaitlərin məbləğinin ümumilikdə 500 min dollardan çox olduğu vurğulanır.

Açıqlamada cinayət işi üzrə araşdırmaların davam etdiyi qeyd edilir.

Ancaq, hələlik, bu deyilənlərə həbs edilən şəxslərin vəkilləri və ya yaxınlarından münasibət almaq mümkün olmayıb. Onların ittihamlarla razılaşıb-razılaşmadıqları açıqlanmır.

İttihamlar subuta yetirilərsə onları 14 ilə kimi həbs cəzası gözləyir.

XS
SM
MD
LG