Keçid linkləri

2026, 12 İyun, cümə, Bakı vaxtı 00:25

XİN Gürcüstandan izahat istəyir

Keşikçidağ-David Qareci məbəd kompleksi
Keşikçidağ-David Qareci məbəd kompleksi

XİN: «Bu, təxribatdır»

Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, Gürcüstandan bir qrup şəxsin sərhədi pozaraq Keşikçidağ yaxınlığında sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, ondan izahat istənilib: ​«Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk».

Açıqlamaya görə, Azərbaycan Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülmüş işlərə dair onun məlumatlandırılmasını qarşı tərəfdən tələb edib.

Azərbaycan XİN-in bu açıqlamasına, hələlik, sözügedən səfirliyin və Gürcüstanın başqa rəsmi qurumlarının münasibətini almaq mümkün olmayıb.

DSX sərhəddəki insidentlə bağlı açıqlama yayıb

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) dünən, iyulun 14-də Gürcüstanla sərhəddə yaşanan insidentlə bağlı açıqlama yayıb.

İyulun 15-də yayılan açıqlamada qeyd edilir ki, iyulun 14-də saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının «Şəmkir» sərhəd dəstəsinin «Keşikçi qala» sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları Azərbaycan sərhəd naryadına qarşı insident törədiblər:

«Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib».

Gürcü fəallar yenə də "Keşikçidağ" məbədi ətrafında aksiya keçirdilər
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

​Gürcüstanın bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan məlumatlara görə, iyulun 14-də Gürcüstanın bir qrup vətəndaşı ilə Azərbaycan sərhədçiləri arasında insident yaşanıb. Bununla bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərdə Gürcüstanın bir qrup vətəndaşının Azərbaycan sərhədçilərinə hücum etdiyi əks olunur.

Gürcüstanın kütləvi informasiya vasitələrində bu olay Azərbaycan sərhədçilərinin məbəddəki ikonaları icazəsiz götürmələri ilə izah edilir.

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə də, «vəziyyət vaxtında yoluna qoyulub və hazırda hadisə yerində sakitlikdir».

Xatırlatma

Gürcüstanın bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlara görə, bu ilin əvvəlində də bu ölkə ilə Azərbaycan sərhədində yerləşən Keşikçidağ-David Qareci məbəd kompleksində narazılıq yaşanmışdı.

Keşikçi məbədi və ya «David Qareci»...

Keşikçi məbədi.

Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşir -  Keşiş dağı. Gürcü mənbələrində isə məbəd «David Qareci» adı ilə tanınır. Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisinə düşür.
1/20 Keşikçi məbədi. Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşir - Keşiş dağı. Gürcü mənbələrində isə məbəd «David Qareci» adı ilə tanınır. Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisinə düşür.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
Keşikçi məbədinin mənşəyinə dair azərbaycan və gürcü mənbələri arasında ziddiyyətli məlumatlar var. Azərbaycan mənbələrinə görə, Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbələri isə məbədin gürcü mənşəli olub, tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.
2/20 Keşikçi məbədinin mənşəyinə dair azərbaycan və gürcü mənbələri arasında ziddiyyətli məlumatlar var. Azərbaycan mənbələrinə görə, Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbələri isə məbədin gürcü mənşəli olub, tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
Azərbaycan tarixçilərinə görə, məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə ziyarət edilməyə başlanıb, daha sonra Tamaranın hakimiyyəti dönəmində gürcü kilsəsinin təsiri altına düşüb.
3/20 Azərbaycan tarixçilərinə görə, məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə ziyarət edilməyə başlanıb, daha sonra Tamaranın hakimiyyəti dönəmində gürcü kilsəsinin təsiri altına düşüb.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, Keşiş dağı məbədi 11-12-ci əsrə qədər alban kilsəsi olub. Həmin vaxt monastır ərazisi alban dövlətinin varisi olan Sünik knyazlığının tərkibində idi. Amma orta əsrlərdə məbəd gürcü kilsəsinin təsiri altına düşür.
4/20 Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, Keşiş dağı məbədi 11-12-ci əsrə qədər alban kilsəsi olub. Həmin vaxt monastır ərazisi alban dövlətinin varisi olan Sünik knyazlığının tərkibində idi. Amma orta əsrlərdə məbəd gürcü kilsəsinin təsiri altına düşür.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
Keşikçi məbədinin baş rahibi Zaza məbədin tarixindən danışır.
5/20 Keşikçi məbədinin baş rahibi Zaza məbədin tarixindən danışır.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
Keşikçi məbədi.
6/20 Keşikçi məbədi.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
Keşikçi məbədində qayalıq içində hücrələr.
7/20 Keşikçi məbədində qayalıq içində hücrələr.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
Keşikçi məbədində qayalıq içində hücrələr arası yol.
8/20 Keşikçi məbədində qayalıq içində hücrələr arası yol.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
Keşikçi məbədində qayalıq içində hücrə.
9/20 Keşikçi məbədində qayalıq içində hücrə.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
Keşikçi məbədinin bir hissəsi.
10/20 Keşikçi məbədinin bir hissəsi.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
Keşikçi məbədinə aid dağətəyində yerləşən hücrə.
11/20 Keşikçi məbədinə aid dağətəyində yerləşən hücrə.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
David Kiknadze (18) bir il əvvəl maşın qəzasında ata-anasını itirdikdən sonra bu məbəddə sığınacaq tapıb. Həmin vaxtdan bəri o, ziyarətə gələn zəvvar və turistlərə dağın müxtəlif yerlərində yerləşən dini hücrələrə aparır və onlara bələdçilik edir.
12/20 David Kiknadze (18) bir il əvvəl maşın qəzasında ata-anasını itirdikdən sonra bu məbəddə sığınacaq tapıb. Həmin vaxtdan bəri o, ziyarətə gələn zəvvar və turistlərə dağın müxtəlif yerlərində yerləşən dini hücrələrə aparır və onlara bələdçilik edir.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
David Kiknadze kompleksin Azərbaycan tərəfinə düşən hissəsində «Xareba» məbədinin divarını öpür.
13/20 David Kiknadze kompleksin Azərbaycan tərəfinə düşən hissəsində «Xareba» məbədinin divarını öpür.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
D. Kiknadzenin dediyinə görə, hər gün onlarla insan onun bələdçiliyi ilə həmin kompleksləri ziyarət edir.
14/20 D. Kiknadzenin dediyinə görə, hər gün onlarla insan onun bələdçiliyi ilə həmin kompleksləri ziyarət edir.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
D. Kiknadze bu komplekslərə Azərbaycanla Gürcüstanı ayıran sərhəd ilə gedir. Bəzən yolun çətinliyindən asılı olaraq o, məbədlərə  yolun gah Azərbaycan, gah da Gürcüstana aid olan hissəsi ilə gedir.
15/20 D. Kiknadze bu komplekslərə Azərbaycanla Gürcüstanı ayıran sərhəd ilə gedir. Bəzən yolun çətinliyindən asılı olaraq o, məbədlərə yolun gah Azərbaycan, gah da Gürcüstana aid olan hissəsi ilə gedir.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
Azərbaycanla Gürcüstan arasında mübahisəli dağ məbədlərindən biri.
16/20 Azərbaycanla Gürcüstan arasında mübahisəli dağ məbədlərindən biri.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
Azərbaycanla Gürcüstan arasında mübahisəli dağ məbədlərindən biri.
17/20 Azərbaycanla Gürcüstan arasında mübahisəli dağ məbədlərindən biri.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
Azərbaycanla Gürcüstan arasında mübahisəli dağ məbədlərindən biri.
18/20 Azərbaycanla Gürcüstan arasında mübahisəli dağ məbədlərindən biri.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
David Kiknadze məbədlərə gedən yolun Gürcüstan hissəsində.
19/20 David Kiknadze məbədlərə gedən yolun Gürcüstan hissəsində.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
David Kiknadze Azərbaycanla Gürcüstan torpaqlarını ayıran sərhəddin tən ortasında.
20/20 David Kiknadze Azərbaycanla Gürcüstan torpaqlarını ayıran sərhəddin tən ortasında.
Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajı
Öncəki slayd
Növbəti slayd

Gürcüstanla Azərbaycan arasında sərhəd delimitasiyası (sərhədin müəyyən edilməsi-red.) məsələləri, əsasən, razılaşdırılıb. Ancaq bu kompleksin yerləşdiyi ərazidə sərhədin tam müəyyən edilmədiyi bildirilir. Xüsusilə orada mübahisələr Udabno məbədi ilə bağlıdır. SSRİ zamanında ora Azərbaycanın ərazisi olub.

Bu ilin mayında isə iki ölkə rəsmiləri arasında sərhədin delimitasiyası ilə bağlı müzakirələrin yenidən bərpa edildiyi açıqlanıb.

Azərbaycan prezidentin sərəncamı ilə 2007-ci ildə «Keşikçidağ» Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Orda 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri var. Ağstafa rayonunun mərkəzindən 75 kilometr, rayonunun sonuncu yaşayış məntəqəsindən - Böyük-Kəsik kəndindən isə 28 kilometr uzaqda yerləşir.

XS
SM
MD
LG