Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:46

Həbs edilən general-leytenant işdən də çıxarıldı


Dövlət Təhlükəsizlik Xidməti

General-leytenant Əfqan Vəli oğlu Nağıyev Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilib.

Bununla bağlı bu gün, mayın 15-də Prezident İlham Əliyev sərəncam verib.

***

Mayın 14 verilən xəbərlərdə deyilirdi ki, Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini general-leytenant Əfqan Nağıyev saxlanıb .

Bu barədə bugün, mayın 14-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydıqları birgə açıqlamada yazılıb:

“Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində… Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanıblar”.

Açıqlamaya görə, hazırda araşdırmalar davam etdirilir.

Hələlik, bu açıqlamaya həbs edilən şəxslərin, onların vəkillərinin və Dövlət Sərhəd Xidmətinin münasibətini almaq mümkün olmayıb.

DTX və Baş Prokurorluğun Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirdiyi haqqında ilkin məlumat iki gün əvvəl, mayın 13-də yayılmışdı. Bununla bağlı sözü gedən qurumların mətbuat xidmətləri birgə açıqlama dərc etmişdilər.

Xatırlatma

Son aylar DTX həm Mədəniyyət Nazirliyində və həm də bir neçə icra hakimiyyətində əməliyyatlar keçirib.

Bir nazir müavini, dörd icra başçısı və daha bir neçə vəzifəli şəxs həbs edilib.

Onlar, əsasən, mənimsəmə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilirlər. Onların da ittihamlara münasibəti ictimaiyyətə açıqlanmayıb.

XS
SM
MD
LG