Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

DST nümayəndəsi: Çinin yarasa mağaraları öyrənilməlidir


DST-nin Vuhandakı komandası
DST-nin Vuhandakı komandası

Dünya Səhiyyə Təşkilatının (DST) Çinin Vuhan şəhərində COVID-19 virusunun mənşəyini araşdıran tədqiqat qrupunun üzvü deyib ki, virusun genetik elementlərinin aşkarlanması üçün ölkənin yarasa mağaraları öyrənilməlidir.

Reuters agentliyinin yazdığına görə zooloq və heyvan xəstəlikləri eksperti Peter Dasak deyib ki, DST-nin Vuhandakı komandasına yeni informasiyalar daxil olur.

Bu məlumatlar 2019-cu ilin əvvəllərində Vuhanda aşakr edilmiş koronavirusun pandemiyaya necə səbəb olması məsələsinə işıq sala bilər.

Alim bunu da deyib ki, virusun laboratoriyadan qaynaqlanmasını göstərən əlamətlər yoxdur.

Koronavirusun mənşəyi məsələsi bütün dünyada, xüsusilə də ABŞ-da və Qərbdə xeyli siyasiləşdirilmiş və ziddiyyətlərə səbəb olmuşdu.

Qərb Çini epidemiyanın başlanğıcında ləngiməyə yol verməkdə və kifayət qədər şəffaf olmamaqda ittiham edirdi.

Pekin virusun başqa yerlərdən qaynaqlandığını iddia edir.

SARS virusunu araşdırmış ekspert

Dasak 2002-2003-cü illərdə yayılmış Sərt Kəskin Tənəffüs Sindromunun (SARS) araşdırılmasında iştirak edib.

O vaxt bu virusun Çinin Yunnan vilayətindəki mağaralardan qaynaqlandığı deyilirdi. Bu mağaralarda iri yarasa koloniyaları yaşayır.

Nyu Yorkda mənzillənmiş EcoHealth alyansının başçısı olan alim deyib ki, “əgər biz COVID-19-un da mənşəyini aşkar etmək istəyiriksə, buna bənzər araşdırma aparılmalıdır”.

Dasak Reuters agentliyinə deyib ki, bu çox mühümdür, çünki virusun yarasalarla bağlılığı isbat olunarsa, insanların bu heyvanlarla kontaktları məhdudlaşdırıla bilər.

Daha ağlabatan ssenarilər

Çinin hazırda özünün yarasa mağaralarında nümunələri monitorinq edib-etməməsi bilinmir, amma bundan əvvəl SARS-CoV-2 tipli viruslar Yunnan vilayətində tapılmışdı.

Dasak bildirib ki, Vuhandakı DST komandasına virusun pandemiyaya necə çevrilməsinə dair yeni informasiyalar daxil olur. Lakin Dasak bu mülahizənin təfərrüatlarını açıqlamayıb:

“Mən indi daha ağlabatan ssenariləri görməyə imkan verən məlumatlar alıram”.

Ssenarilərdən birinə görə bu virus hələ pandemiyadan xeyli əvvəl Vuhanda dövriyyədə olub:

“Bizim real işimiz virusa ilk yoluxmalardan geriyə qayıdaraq heyvan mənşəyinə çıxmaqdır”.

Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris bərpa olunur
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

DST-nin tədqiqat qrupu xəstəxanalara, araşdırma mərkəzlərinə və diri heyvan bazarlarına baş çəkib.

Amma Reuters qeyd edir ki, tədqiqatçılar yalnız Çin hökumətinin icazə verdiyi yerlərə gedə bilirlər.

Buna baxmayaraq Dasak deyib ki, Çin hökuməti indiyədək onların heç bir ricasını rədd etməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG