Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:04

DST: Azərbaycan Avropada yoluxmaların sürətləndiyi 11 ölkədən biridir


Bakıda karantin rejimi
Bakıda karantin rejimi

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatında deyilir ki, son aylarda ilk dəfə olaraq Avropada həftə ərzində koronavirusa yoluxmalarda kəskin artım yaşanır.

DST-nin Avropa bölümü üzrə direktoru Hans Kluge iyunun 25-də deyib ki, ayrıca olaraq 11 ölkədə yoluxmaların artan sürəti əhəmiyyətli infeksiya sıçrayışına səbəb olub və əgər heç bir tədbir görülməzsə, Avropanın səhiyyə sistemləri yenidən çökmə təhlükəsi ilə üzləşə bilər.

DST-nin Avropa regionuna Mərkəzi Asiyadan Qərbi Avropaya qədər olan coğrafiyada 54 ölkə və 7 ərazi daxildir.

Doktor Hans Henri P. Kluge
Doktor Hans Henri P. Kluge

Günə 700 ölüm

Amerika qitəsində yoluxmaların kəskin artımının baş verdiyi bir vaxtda, son həftələrdə Avropa regionunda infeksiyaların yayılmasında azalma qeydə alınmışdı.

İndiyədək bütövlükdə Avropada 2.6 milyon koronavirusa yoluxma və 195 min ölüm qeydə alınıb.

Bu, bütün dünya üzrə yoluxmaların 25 faizini təşkil edir.

Pandemiya başlanandan bəri Avropada COVID-19-dan 485 min ölüm qeydə alınıb ki, bu da qlobal ölümlərin 40 faizidir.

DST-nin Avropa bölümü bildirir ki, hazırda bütün qitə boyunca günə 20 min yeni yoluxma və 700 ölüm qeydə alınır.

Pis proqnoz doğrulmaqdadır

Kluge deyib ki, məhdudiyyətlərin yumşaldılmasının virusun dirçəlişinə səbəb olacağına dair narahatlıqlar özünü doğruldur.

Rəsmi əlavə edib ki, 30 ölkədə son iki həftədə virusa yoluxmaların artımı müşahidə olunub.

Kluge-nin sözlərinə görə 11 ölkədə - Ermənistan, İsveç, Moldova, Şimali Makedoniya, Azərbaycan, Qazaxıstan, Albaniya, Bosniya-Herseqovina, Qırğızıstan, Ukrayna və Kosovada yoluxmaların sürətlənməsi qeydə alınıb.

DST rəsmisi deyib ki, Polşa, Almaniya, İspaniya və İsrail son bir neçə həftədə virusun qorxunc yayılmasına çevik reaksiya verə biliblər.

Kluge əlavə edib ki, regiondakı səhiyyə nazirlərinin verdiyi məlumata görə getdikcə daha çox adam virusdan qorunmaq üçün davranışını dəyişməyə başlayır.

Beləki sözü gedən regionda maska taxanların və fiziki məsafəyə riayət edənlərin sayı artmaqdadır.

Türkmənistan axır ki, yola gəldi

DST bunu da bildirir ki, dünyanın ən qapalı ölkələrindən biri olan Türkmənistan nəhayət dünya sağlamlıq qurumunun səfərinə icazə verib.

Bundan əvvəl prezident Gurbanguly Berdymukhammedov onun ölkəsində heç bir epidemiyanın olmadığını iddia etmiş, artıq may ayında qonşu Qırğızıstanda olan DST missiyasının ölkəyə səfərinə icazə verilməmişdi.

Türkmənsitan rəsmilərinə və həkimlərə koronavirus barədə söhbətlər aparmaq belə qadağan olunsa da, bəzi məlumatlara görə epidemiya hazırda bu ölkənin bir çox bölgələrində tüğyan edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG