Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:58

Dron zərbəsindən ölmüş erməni əsgərin atası şikayət edib


Qarabağda öldürülmüş erməni əsgərlərin məzarları
Qarabağda öldürülmüş erməni əsgərlərin məzarları

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Qarabağ müharibəsində həlak olmuş əsgərin atasının prokurorluğa verdiyi şikayət əsasında Ermənistanda N hərbi hissəsinin komandir müavininə cinayət işi açılıb.

Baş Prokurorluqdan verilən məlumata görə hərbi qulluqçunun atası bildirib ki, hərbi vəziyyət elan olunmasından və oğlunun Qarabağa göndərilməsi barədə xəbər almasından sonra hərbçiləri dəstəkləmək üçün o da öz avtomobilində cəbhəyə yola düşüb.

O iddia edir ki, komandirin əmri ucbatından oğlu və onun əsgər yoldaşları dron zərbəsinin qurbanı olublar.

Ermənistan Baş Prokurorluğundan verilən məlumatda deyilir:

“Məlumata görə o, hərbi hissə komandiri müavininin düşmənin zərbə PUA-sının səsinin eşidilməsinə baxmayaraq maşından çıxan əsgərlərə maşına qayıtmaq və təyinat yerinə hərəkəti davam etdirməkəmrini verməsinin şahidi olub. Əsgərlər belə də ediblər, lakin heç beş dəqiqə də keçməmiş dron zərbəsi nəticəsində Ural markalı maşın yanıb və məhv olub”.

Cinayət işlərinin əksəriyyəti fərariliyə görədir

Baş Prokurorluğun məlumatında deyilir ki, maşının yanması nəticəsində 19 əsgərdən 18-i həlak olub.

Şikayət edən əsgər atasının da öz avtomobilində yaralandığı xəbər verilir.

Bildirilir ki, bu işlə əlaqədar N hərbi hissəsinin komandir müavini podpolkovnik A.V. “hərbi vəziyyətdə ağır nəticıələri olduğu halfa səlahiyyətini aşma” maddəsi ilə ittiham olunur.

Elə həmin gün onun həbs olunması barədə vəsatət verilib və Syunik vilayət məhkəməsi vəsatəti təmin edib.

Ermənistan Baş Prokurorluğu bildirir ki, müharibə ilə əlaqədar artıq 2000-dək cinayət işi qaldırılıb.

Bunların əhəmiyyətli hissəsi fərariliklə bağlıdır.

Bu da xəbər verilir ki, 5 milyard dollar müqabilində “ərazinin satılması və Şuşanın təhvil verilməsi” iddiaları əsasında da cinayət işləri açılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG