Tanınmış serbiyalı vəkil Dragoslav Ognjanovic Yeni Belqradda, evindən çıxarkən odlu silahla öldürülüb.
Reutersin məlumatına görə insident iyulun 28-i axşam saatlarında baş verib.
Hücum vaxtı həmçinin vəkilin 26 yaşlı oğlu yaralanıb.
Ognjanovic vaxtilə Keçmiş Yuqoslaviya prezidenti Slobodan Milosevici Haaqa tribunalında müdafiə edən vəkillər komandasında çalışıb.
Serbiya mətbuatının yazdığına görə o,ağır cinayətlər törətmiş xeyli adamın vəkili olub.
Ümumiyyətlə Ognjanovic Serbiya və Çernoqoriya mafiyası ilə bağlı bir neçə qalmaqallı işdə vəkillik edibmiş.
Son vaxtlar isə kriminal avtoritet Luka Bojovici müdafiə edirmiş.
Mətbuatın yazdığına görə söhbət narkotik alveri ilə məşğul olan rəqib kriminal kanallar arasında müharibədən gedir.
Serbiya mətbuatı son illər bu klanların bir neçə tanınmış üzvünün qətlə yetirildiyi yazır.
Yuqoslaviya hüquqşunaslar assosasiyası və Belqrad vəkillər kollegiyasının bəyanatında deyilir ki, Ognjanovicin qətli, ölkədə vəkillərə edilən çoxsaylı hücumların davamıdır.
Xatırlatma
Xatırladqaq ki, keçmiş Yuqoslaviya prezidenti Slobadan Milosevic 2001-ci ildə həbs edilərək Haaqa tribunalına təhvil verilib.
O, 1990-cı illərdəYuqoslaviya dağldıqdan sonra gedən Balkan müharibəsi zamanı hərbi cinayətlər törətməkdə ittiham olunurdu.
Amma hökm çıxarılmamış-2006-cı ildə Haaqa tribunalındakı təcridxanada vəfat elədi.