Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:42

Dövlətdən güzəştlə kredit gözləyənlər


Qoyun sürüsü, Astara rayonu
Qoyun sürüsü, Astara rayonu

Zeydulla Cəbiyev banka 4 min manata qədər pul ödəməlidir. 8 il əvvəl təsərrüfatını genişləndirmək ümidi ilə bankların birindən yüksəsk faizlə pul götürən “Şindan” Kənd Təsərrüfatı Kooperativinin sədri Zeydulla Cəbiyev indiyə kimi “bankın əlindən qurtara bilmir. Deyir bank hesabladığı faizi almaq üçün köhnə müqaviləni ləğv edərək yenidən onunla 4 illik müqavilə bağlayıb. Bu isə onun kənd təsərrüfatı ilə bağlı qurduğu işlərinə dağıdıcı təsir edib.

“Çox çalışdım, ala bilmədim”

Zeydulla Cəbiyev
Zeydulla Cəbiyev

Kooperativinin əkin sahələri, mal-qarası Astara rayonunun dağ ərazisində yerləşir, yüzdən yuxarı işçisi var. Sədrin dediyinə görə, əmlakı 100 min manatdan yuxarı dəyərləndirilir. Sahibkar kənd təsərrüfatı üçün ayrılmış güzəştli kreditdən istifadə etməməsinin səbəbini belə izah edir:

“Güzəştli kreditdən xəbərim var. Kənd təsərrüfatı üçün ayrılmış kreditlər 6-7 faizlə verilir. Amma adi kreditlər 30 faizə yaxın faizlə təklif edilir. Çox çalışdım, ala bilmədim. Dedilər ki, Bakı şəhərində evin olmalıdır və bu ev banka girov qoyulmalıdır. Mənim Bakıda evim olmadığına görə, kənd təsərrüfatı üçün ayrılmış güzəştli kreditdən yararlana bilmədim. Ona görə adi kredit aldım. Onun faizini verməmiş ziyana düşdüm.”

“Yenə götürmək istəyirəm”

ənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan Masallı rayonunun Təklə kənd sakni Səmədağa Həsənov isə Sahibkarlara Kömək Milli Fondunun ayırdığı kreditdən istifadə etdiyini söyləyir:

“Sahibkarlara Kömək Milli Fondan bir dəfə 10 min manat müvəkkil bank vasitəsi ilə götürmüşəm. O vaxtı 6 faizdən vermişdilər, indi yeni layihəyə görə, 5 faizə endiriblər . Bir il müddətində ödəməli oldum.Yenə götürmək istəyirəm. Ümidim ona idi ki, istehsal etdiyim balı sataram, başqa işləri görərəm. Balın hamısı satılmadı. Kənd təsərrüfatında işlərim qalıb. Bankla münasibətim pis deyil. Amma Sahibkarlara Kömək Milli Fondu ilə bir çox sənədləşmə getməlidir. Adətən biznes plan verirlər. Amma məndə belə olmadı. Gəlib təsərrüfatıma baxdılar. İki zaminlə pul götürə bildim. Kənd təsərrüfatına maddi dəstək lazımdır.”

Yeri gəlmişkən ötən il prezidentin fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib.

“Sələmçi də ona pulu 30-dan yuxarı faizlə verir”

Sahibkar Səmədağa Həsənov
Sahibkar Səmədağa Həsənov

Səmədağa Həsənovun sözlərinə görə isə, kənd təsərrüfatının inkişafına ayrılmış güzəştli kreditin verilməsi sadələşdirilməlidir:

“Qaydalar məni qane etmir. Krediti götürmək üçün vaxt gedir, həm də kreditin qaytarılması müddəti azdır. Hələ qazanc götürüməmiş, bank pulunu istəyir. Yuxarı səviyyədə deyirlər, amma aşağıda dəyşiklik görümürük. Banklar kənd təsərrüfatında işləyən sahibkarlara hər vaxtı kredit verməyə risk etmirlər. Kənd təsərrüfatında işləyənlərin eləsi var ki, sələmçidən pul götürüb, tərəvəz əkir. Sələmçi də ona pulu 30-dan yuxarı faizlə verir. Hansı müddətdə istəyirsən pulu faizlə qaytarırsan. Digər tərəfdən, sələmçidən mən ölüm-sən ölümlə pul almaq olur. Amma bank sən ölüm-mən ölüm tanımır. Görür risk böyükdür, vermir. Sahələr də əkilməmiş qalır”.

“İndi fəhləni saxlamasam, mövsüm vaxtı çıxıb gedər İrana,...”

Göyərti sahəsi, arxiv foto
Göyərti sahəsi, arxiv foto

Adının çəkilməsini istəməyən sahibkar isə güzəştli kreditdən bir dəfə istifadə etdiyini deyir:

“Mənim 50 hektara qədər əkin sahəm var.Tərəvəzi açıq sahədə əkirik. Bu da risklidir. Ona görə banklar mənə kredit verməyə ehtiyat edirlər. Çayçılığa və kənd təsərrüfatının bəzi sahələrinə güzəştli kredit verirlər. Onlarda kreditlə bağlı problem olmur. Məndə isə var. Bu il qazanc başabaş oldu. Əlimdə pulum qalmadı. Kələm əkinini yenicə başa vurmuşam. Oraya da xeyli vəsait getdi. İndi fəhləni saxlamasam, mövsüm vaxtı çıxıb gedər İrana, işləməyə. Bəzi insanlar gedib orada çəltik sahələrində işləyirlər, sarımsaq toplayırlar. İkiqat pulunu verirlər. Mənim işim isə qalar. Hər bir fəhləyə də ayda 250 manat pul hesablanır. Həmin puldan vergi, sosial tuturlar. Söz yox ki, subsidyalar var, gübrələrin verilməsində güzəştlər nəzərdə tutulur, istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satşında vergi yoxdur. Amma bu kifayət etmir. İndi dəridən-qabığdan çıxmalıyam ki, güzəştli kredit götürüm. Amma inanmıram tərəvəzə versinlər.”

“ 7 faizlə...”

Astara Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov isə sahibkarlara dəstəkdən danışır:

“Bizdə kənd təsərrüfatı üçün ayrılmış güzəştli kreditdən istifadə edirlər. Kənd təsərrüfatında çalışan Teymur Rəcəbov 7 faizlə 50 min manat güzəştli kredit alıb. Bizdə müvəkkil banklar var...O banklara tələb olunan sənədlər təqdim olunur, 7 faizdən kredir verilir.”

“Banklar 3-5 min manatlıq krediti aşağı faizlə vermirlər”

Azərbaycan manatı
Azərbaycan manatı

Onun deməsinə görə də, kənd təsərrüfatında çalışanlara güzəştli kreditin verilməsində problemlər var:

“Ancaq banklar 3-5 min manatlıq krediti aşağı faizlə vermirlər. Kredit gərək 50 min manatdan yuxarı ola. Girov qoymaq üçün Bakı şəhərində ev tələb olunur. Buna görə bəzi adamlar bu kreditlərdə yararlana bilmir. Bu barədə məlumat verilib. Dövlət güzəştli kredit ayırıb, sahibkar ala bilmir. Hər kəsin Bakıda evi yoxdur. Əkin sahələrinin sənədləri, hansı bitkilər əkiləcək, bunun əsasında da biznes plan tutulur.İqtisadi İnkişaf Nazirliyinin xətti ilə 5 faizdən min manatdan 200 min manata kimi kredit verə bilirlər. Biz xahiş etmişik kənd təsərrüfatında çalışan sahibkarlara 10 min manata kimi krediti girovsuz versinlər. Düzdür kənd təsərrüfatında riskli sahələr var. Bank məcburdur ki,riski nəzərə alsın. Bu kreditdir, aldın, gərək vaxtında qaytarasan...”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG