Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:12

Dövlət Sərhəd Xidməti maşınlarını satlığa qoydu


UAZ
UAZ

►Başqa rəqib çıxmasa, 49 min manat ödəyən bu maşınların hamısını satın ala bilər

Auksion Mərkəzi UAZ-3160-011 modelli 39 avtomobili satışa çıxarıb. 49 min manat ödəyən bu maşınların hamısını ala bilər.

Hərrac haqqında elan “Mülkiyyət” qəzetində dərc edilib. Bu elanda ayrıca vurğulanır ki, indiyədək alıcılara, azı, 5 dəfə təklif olunduğundan, avtomobillərin qiyməti yarıbayarı aşağı salınıb.

Görmək istəyən Səngəçala getməlidir

Auksion Mərkəzinə üz tutan AzadlıqRadiosu avtomobillərin niyə satılmadığı ilə maraqlanıb. Məlum olub ki, bu maşınlar Dövlət Sərhəd Xidmətinə (DSX) məxsusdur və ötən ilin avqustundan müştərilərə təklif edilir:

“Maşınlar hazırda sərhəd xidmətinin Səhgəçaldakı hərbi hissəsinin ərazisində saxlanılır. Almaq istəyənlər gedib onların texniki vəziyyəti ilə tanış ola bilərlər. Bəyənərlərsə, mərkəzə gəlmədən https://www.e-emdk.gov.az/ səhifəsi üzərindən elektron sifariş mümkündür”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Başqa rəqib çıxmasa...

DSX-nın mətbuat xidmətində “39 avtomobil niyə birdən satışa çıxarılıb” sualına cavab verməyərək, məktubla üz tutmağı tövsiyə ediblər.

2003-cü il buraxılışlı UAZ-3160-011 avtomobilini, başqa rəqib çıxmasa, 1258 manata satın almaq olar.

DSX ötən ilin avqustunda bu modeldən toplam 44 maşını satışa çıxarmşdı. İndiyədək onların 5-i satılıb.

Dağ kəndlərində yaşayanlar...

UAZ-3160 Ulyanovsk Avtomobil Zavodunun konveyerindən ilk dəfə 1999-cu ildə çıxıb. Yeddi nəfərin rahat otura biləcəyi və yolsuz şəraitə uyğun bu maşın, əsasən, dağ kəndlərinin sakinlərini maraqlandıra bilər.

Auksion Mərkəzində deyiblər ki, hərraca çıxarılan maşınların, çox vaxt müəyyən təmirə ehtiyacı olur. Bir az əl gəzdirsən, 13 ilin maşınını 1258 manata almaq Azərbaycan şərtlərində elə də baha deyil.

Buna da bax

Həyatın uçurumunda....
Gözlə

No media source currently available

0:00 0:07:25 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG