Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:38

Neft Fondu niyə yaradıldı, nəyə istifadə olundu


Foto illüstrasiya
Foto illüstrasiya

Dövlət Neft Fondu (DNF) 1999-cu ildə yaradılanda əsas məqsəd belə idi: «Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması».

HÖKUMƏT EKSPERTLƏRİ DİNLƏMƏDİ

Ancaq ötən illər göstərdi ki, Fonda gələn pullar hökumətin illərlə başa çatmayan layihələrinə və dövlət büdcəsinin doldurulmasına sərf edilib. «Büdcə neft pullarından asılı hala salınmasın» –hökumət ekspertlərin bu xəbərdarlığını görməzdən gəldi, büdcəni DNF-nin transfertləri hesabına şişirtməkdə davam etdi.

Buna da bax-Azərbaycan neft-qazdan 121 milyard qazanıb

Axırda Fond da büdcənin əlindən «boğaza yığıldı». 2015-ci ildə nəzərdə tutulan 10 milyard 388 milyon manat vəsaitdən yalnız 8 milyard 130 milyon manatı dövlət büdcəsinə transfer etdi.

Ümumilikdə isə, 2001-2015-ci illərdə Fondun xərclərinin 91% faizini dövlət büdcəsinə transfert təşkil edib. Transfertin dövlət büdcəsinin gəlirlərində payı 2003-cü ildə 8.2%-dən 2011-2012-ci illərdə ən yüksək – 57.3%-ə qalxdı. 2015-ci ildə bu həcm 46.4% olub. Bu, heç də hökumətin uğurlu siyasətinin deyil, yuxarıda qeyd olunduğu kimi, neftin qiymətinin düşməsinin nəticəsidir.

Dövlət büdcəsinə transfertin illər üzrə bölgüsü (manatla):

2003 – 100 milyon

2004 - 130 milyon

2005 – 150 milyon

2006 – 585 milyon

2007 – 585 milyon

2008 – 3 milyard 800 milyon

2009 – 4 milyard 915 milyon

2010 – 5 milyard 915 milyon

2011 – 9 milyard

2012 – 9 milyard 905 milyon

2013 – 11 milyard 350 milyon

2014 – 9 milyard 337 milyon

2015 – 8 milyard 130 milyon

Azərbaycanın nə qədər neft ehtiyatı və pulu qalıb?

Azərbaycanın nə qədər neft ehtiyatı və pulu qalıb?
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG