Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Dövlət siyasəti: Dindarlara maşın, jurnalistlərə ev...


Dövlət dini icmalara niyə avtomobil verir?
Gözlə

No media source currently available

0:00 0:14:49 0:00

Dövlət dini icmalara niyə avtomobil verir?

Bugünlərdə 14 dini icmaya “Khazar SD” markalı avtomobillər verilib. Azərbaycan istehsalı olan bu avtomobillərin birinin satış qiyməti 16 min manatdır. Daha 7 icmaya isə noyabr ayında açarların təqdim edilməsi gözlənilir.

Real Partiyasının icra katibi katibi Natiq Cəfərli düşünür ki, dövlətin dini icmalara avtomobil verməsindən əsas məqsəd,necə dəyərlər yerli avtomobil zavoduna pul qazandırmaqdır:

“Sırf dini icmalara avtomobillərin verilməsi dünyəvi prinsiplərə də ziddir, qanuna da, məntiqə də. Ümumiyyətlə, bu yolla hansısa bir biznes sahəsinə dəstək göstərilməsi kimi dəyərləndirmə də əsassızdır. Bu dövlət büdcəsindən ayrılan vəsaitin havaya sovrulmasıdır. Əslində bu həmin zavodun sahiblərinə dövlət büdcəsi hesabına verilən dəstəkdir. Bu da korrupsiya mexanizmləri vasitəsi ilə bir çox hallarda korrupsiya yeminə çevrilir”.

“Khazar SD” avtomobilləri Neftçala Sənaye Məhəlləsindəki avtomibil zavodunda ishehsal olunub. Bu zavodu 2016-cı ildə Azərbaycanın “Azevrocar” və İranın “İran Khodro” şirkətləri birgə açıb.

Zavodun ilk avtomobilləri satışa bu ilin iyununda çıxarılıb. Elə avtomobillər satışa çıxarılar-çıxarılmaz alıcıları da məlum olub. Trend informasiya agentliyinin məlumatına görə zavodun sahiblərindən biri olan "AzərMaş” şirkətinin İdarə heyətinin sədri Emin Axundov ilk sifarişçilərin dövlət strukturları olduğunu deyib. O, ilk alıcılar kimi İqtisadiyyat, Energetika və Vergilər nazirliklərinin adını çəkib. O deyib ki, zavod indiyə qədər 100-ə yaxın avtomobil istehsal edib.

Neftçaladakı avtomobil zavodu kimi Naxçıvandakı Nazlifan zavodunun da əsas alıcıları dövlət qurumlarıdır. İqtisadçı Natiq Cəfərli deyir ki, bu zavodun istehsal ediyi avtomibillərin 90 faizi dövlətə satılıb. Bu avtomibillər əsasən Qarabağ müharibəsi əlillərinə verilir.

Prezident İlham Əliyev özü də çıxışlarından birində dövlət qurumlarını yerli istehsal olan “NazLifan” avtomobilləri almağı tövsiyyə eləmişdi. Bundan sonra NazLifanın satışında artım olduğu deyilirdi.

Amma hüquqşünas Ələsgər Məmmədli isə düşünür ki, burada iqtisadi maraqlardan daha çox siyasi maraqlar rol oynayır. Hökumət bu yolla cəmiyyətin müxtəlif üzvlərini nəzarətdə saxlamaq istəyir.

Sərəncama əsasən, prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb.

Hüquqşünas Ələsgər Məmmədli düşünür ki, demokratik ölkələr bu cür hallara yol verməz. Çünki bir vətəndaş hökuməti sorğulaya bilər ki, niyə mənim ödədiyim vergi hesabına formalaşan dövlət büdcəsindən dini icmalara avtomobil verilir? Amma əlavə edir ki, Azərbaycan reallığında bu ilk hal deyil:

“Son illər din xadimlərinə maaşların verilməsi, dini icmalara avtomobil verilməsi əslində hökumətin ümumi siyasətinin tərkib hissəsidir. Yəni, əslində azad bir jurnalistə məntiqlə hökumət ev də verməməlidir. Amma bunu “sosila qayğı” ilə əsaslandıraraq, verir. Amma bu sosial qayğının altında əsas o yatır ki, jurnalistlər mümkün qədər hökumətin mənfi tərəflərini deməsin, onu tənqid etməsin. Bu dini icmalara avtomobil verilməsi ilə eynidir”.

Ələsgər Məmmədlinin demokratik dövlətlərdə vətəndaşların dini icmalara maşın verdiyinə görə hökuməti sorğulaya biləcəyini deyir.

AzadlıqRadiosu bu barədə Nakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, dövlətin mollaya maşın verməsi nə dərəcədə düzgündür?
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Biz bütün bu deyilənlərlə bağlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin də münasibətini öyrənmək istədik. Amma bu komitənin sədri Mübariz Qurbanlı hazırda rəsmi tədbirdə olduğunu söyləyərək suallarımızı cavablamaq istəmədi. Prezidentin sərəncamında isə qeyd olunur ki, vəsait dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədi ilə ayrılıb. Rəsmi məlumatda avtomobillərin dövlət qeydiyyattından keçmiş dini icmalara verildiyi qeyd edilir. Amma bu dəstəyin təkcə islam dini icmaları, yoxsa, başqa dini icmalara da verilib-verilmədiyi bəlli deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG