Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:08

Dövlət dilindən istifadəyə nəzarət artirilir


Azərbaycanda “Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsi yaradılacaq.

Azərbaycan prezidenti İlham Əliyev bu gün, noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda belə nəzərdə tutulur.

Fərmana görə, yeni qurumun vəzifəsi dövlət dilinin tətbiqinə nəzarət etməkdən, mediada ədəbi dil normalarının qorunmasının təmin olunmasından ibarət olacaq.

Dövlət büdcəsindən maliyyələşəcək olan Monitorinq Mərkəzinin yaradılması Nazirlər Kabinetinə (NK) tapşırılıb.

NK həmçinin, 1 ay ərzində Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayıb təsdiq etməlidir.

Mərkəzinin nizamnaməsi, strukturu, işçilərinin say həddi və əməkhaqqı fondu məsələləri isə prezidentlə razılaşdırılmaqla iki ay müddətində həll edilməlidir.

XS
SM
MD
LG