Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

ABŞ Rusiyanı Ukraynadakı münaqişəni qızışdırmaqda ittiham edir


Ukraynanın şərqində atəşkəsi reallaşdırmaq mümkün olmayıb
Ukraynanın şərqində atəşkəsi reallaşdırmaq mümkün olmayıb

Birləşmiş Ştatlar Rusiyanı imzaladığı sülh razılaşmalarına saymazlıq edərək Ukraynadakı münaqişəni qızışdırmaqda ittiham edib.

ABŞ Dövlət Departamentinin 13 fevral tarixli bəyantında deyilir ki, “Rusiya 2014-cü ilin aprelində qopmuş və 10 mindən çox insanın ölümünə səbəb olmuş zorakılıqda birbaşa iştirakını danmaqda davam edir”.

Ukrayna hökuməti və Luhansk və Donetsk separatçıları arasında 2014-cü ilin sentyabrında və 2015-ci ilin fevralında imzalanmış razılaşmalara əsasən elan edilmiş atəşkəs davamlı olmayıb.

Bəyanatda deyilir: “Kədərlidir ki, Rusiya özünün Minsk razılaşmaları əsasında qəbul etdiyi öhdəliklərə hörmətsizlik göstərməkdə davam edir və Ukraynada odlu münaqişəni qızışdırır”.

Bundan əvvəl fevralın 13-də Ukraynadan alınan xəbərlərdə deyilirdi ki, ölkənin şərqində davam edən toqquşmalarda bir hökumət əsgəri həlak olub və daha iki əsgər yaralanıb.

Ukrayna Müdafiə Nazirliyinin verdiyi məlumata görə son 24 saat ərzində atəşkəs, qumbaraatanlardan və artilleriya qurğularından istifadə etməklə 11 dəfə pozulub.

Öz növbəsində separatçılar Kiyevi atəşkəsi bir sutka ərzində 9 dəfə pozmaqda ittiham ediblər.

2017-ci ilin dekabrında əldə olunmuş son atəşkəs sazişinin reallaşdırılması mümkün olmayıb.

Yanvarın 26-da ABŞ hökuməti bu münaqişə ilə bağlı 21 nəfərə və 9 şirkətə yeni sanksiyalar elan edib.

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, “Paris və Berlinlə əlaqədə işləyən Vaşinqton Moskvanı Ukraynadakı təcavüzünə son qoymağa çağırmaqda davam edir”.

Bəyanatda bir daha vurğulanır ki, Moskva Minsk razılaşmalarına tam əməl etmədikcə, habelə Krım yarımadasını Kiyevin nəzarətinə qaytarmayınca Rusiya üzərinə qoyulmuş sanksiyalar qüvvədə qalacaq.

XS
SM
MD
LG