Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:24

ABŞ-ın yeni hesabatında da İran terrorun aparıcı dəstəkçisidir


Hizbullah döyüşçüsü İran istehsallı antitəyyarə raketi ilə
Hizbullah döyüşçüsü İran istehsallı antitəyyarə raketi ilə

Birləşmiş Ştatlar İranı yenidən dünyanın aparıcı terror maliyyələşdiricisi adlandırıb və Tehranı bütün Yaxın Şərq boyunca münaqişələri körükləməkdə və hökumətləri sarsıtmaqda ittiham edib.

Dövlət Departamentinin sentyabrın 19-da açıqladığı illik qlobal terrorizm hesabatında deyilir ki, İran və onun müttəfiqləri çoxsaylı münaqişələrin qızışdırılmasına və ABŞ-ın regiondakı maraqlarına ziyan vurulmasına görə məsuliyyət daşıyır.

Hesabatda deyilir ki, “1984-cü ildə ABŞ tərəfindən dünya terrorizmini maliyyələşdirən dövlət kimi tanınmış İran 2017-ci ildə də Livanın Hizbullah təşkilatı, Fələstinin Qəzza zolağında, Suriyada, İraqda və bütün Yaxın Şərqdəki terrorçu qruplaşmalar da daxil terrora dəstəyini davam etdirib”.

Hesabatda bildirilir ki, İran İslam İnqilab Keşikçiləri Korpusunun Qüds birləşmələrindən terrorçu təşkilatlara dəstək vermək, məxfi əməliyyatları pərdələməkdə və regionda qeyri-sabitlik yaratmaqda istifadə edib.

Bu da qeyd olunur ki, İran hökuməti çevik kiberhücum proqramına malikdir və bu sistemdən xarici hökumətlərə və özəl qurumlara kiberhücumlar təşkil edir.

Hesabata görə 2016-2017-ci illər arasında dünya boyunca terrorçu hücumların sayı 24 faiz azalıb. Deyilir ki, bu əsas etibarilə özünü İslam Dövləti adlandıran ekstremist təşkilatın beynəlxalq koalisiya qüvvələri və İraq hökuməti tərəfindən məğlub edilməsinə görə baş verib.

Bununla yanaşı vurğulanır ki, qruplaşmanın üzvləri Yaxın Şərqdən dağılışsalar da başqa yerlərdə, xüsusilə də cənub-şərqi Asiyada özlərinin yeni şəbəkə və əməliyyatları ilə peyda olurlar.

Hesabatda deyilir ki, İD əməliyyatçıları ötən il Britaniya, İspaniya, Misir və Birləşmiş Ştatlarda hücumlar həyata keçiriblər.

Bu da qeyd olunur ki, İD habelə Çini və dünya boyunca onun maraqlarını hədələyir və bu təşkilata bir çox Çin vətəndaşları da qoşulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG