Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

ABŞ Rusiyanı siyasi məhbusları azad etməyə çağırır


Oyub Titiyev
Oyub Titiyev

Birləşmiş Ştatlar Rusiyanı insan haqları qruplarının siyasi məhbus adladırdığı onlarca insanı həbsxanadan azad etməyə çağırıb.

Dövlət Departamentinin 18 iyun tarixli bəyanatında deyilir ki, Rusiyada ukraynalı kinorejissor Oleh Sentsov və insan haqları müdafiəçisi Oyub Titiyev də daxil 150-dək insan siyasi məhbusdur.

Sentsov 2014-cü ildə Krımda, Ukraynanın bu yarımadası Moskva tərəfindən qanunsuz ilhaq edildikdən sonra həbs edilib.

2015-ci ildə Rusiya məhkəməsi onu terrorçu aktların hazırlanmasında təqsirli bilərək 20 il müddətinə azadlıqdan məhrum edib. O mayın 14-dən bəri aclıq aksiyası keçirir.

Memorial insan haqları qrupunun Çeçenistan ofisinin rəhbəri Titiyev yanvar ayından bəri narkotik ittihamları ilə həbsdə saxlanır. Yoldaşları ittihamları qondarma adlandırırlar.

Dövlət Departamentinin bəyanatında deyilir: “Biz Rusiyanı siyasi və ya dini motivlərlə saxlandıqları deyilən bütün mıhbusları dərhal azad etməyə və özünün ədliyyə sistemindən fərqli düşüncənin və dinc dini ibadətləri qısnamaq üçün istifadəni dayandırmağa çağırırıq”.

Moskva ABŞ-dan gələn bu bəyanata hələlik reaksiya verməyib.

Əvvəllər Moskva bu cür bəyanatlara hiddətli reaksiyalar verib və Vaşinqtonu onun daxili işlərinə qarışmaqda ittiham edib.

Dövlət Departamentinin sözü gedən bəyanatında məhkəməyə qədər artıq bir ildir ki, saxlanan Yəhva şahidlərindən birinin işi xatırladılır.

Bəyanata görə Rusiyada habelə Sayentolgiya Kilsəsi və müsəlman türk ilahiyyatçısı Nursi tərəfdarlarının təqiblərə məruz qalırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG