Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:54

ABŞ İlqar Məmmədova qarşı bütün ittihamların ləğvinə çağırır


İlqar Məmmədov avqustun 13-də azadlığa çıxıb
İlqar Məmmədov avqustun 13-də azadlığa çıxıb

ABŞ Dövlət Departamenti Azərbaycan məhkəməsinin beş il bundan əvvəl həbs edilmiş müxalif siyasətçi İlqar Məmmədovun azad edilməsinə dair qərarını alqışlayıb.

Dövlət Departamentinin sözçüsü Heather Nauert-in avqustun 15-də səsləndirdiyi bəyanatda deyilir ki, “İlqar Məmmədova qarşı ittihamlar və onun beş ildən artıq məhbus edilməsi Azərbaycanda qanunun alililiyinə dair ciddi narahatlıq yaradırdı”.

Müxalif Respublikaçı Alternativ (ReAl) partiyasının lideri Məmmədov avqustun 13-də məhkum oldunduğu 7 ilin 5 ilini çəkdikdən sonra həbsxanadan azad olunub.

ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini İlqar Məmmədova qarşı ittihamlara xitam verməyə , özünün beynəlxalq öhdəliklərini və Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarını yerinə yetirməyə çağırıb.

Vaşinqton habelə Bakını “öz fundamentalhaqlarından istifadə etdiklərinə görə məhbus edilmiş bütün şəxslərin azadığa buraxılmasına” çağırıb.

Avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovun qalan həbsxana müddətinin ləğv edilməsi barədə qərar qəbul edib.

Bununla belə məhkəmənin hökmünə görə Məmmədov iki il sınaq müddətində olacaq və bu müddətdə onun ölkəni tərk etməsinə icazə verilmir.

Məmmədov bu hökmü “natamam qələbə” qələbə adlandırıb və ona qarşı ittihamların tamamilə ləğvini tələb edib.

Bundan əvvəl avqustun 14-də Avropa İttifaqı da İlqar Məmmədovun azad edilməsi ilə bağlı bəyanat yayıb.

Avropa İttifaqının sözçüsü Maja Kocijancic avqustun 14-də deyib ki, beş ildən artıq həbsxanada saxlanmış siyasətçi İlqar Məmmədovun Şəki Apellyasiya Məhkəməsi tərəfindən şərti azadlığa buraxılması alqışlanmalı addımdır.

Sözçü əlavə edib ki, Avropa İttifaqı Avropa Şurası ilə birlikdə cənab Məmmədovla bağlı işi diqqətlə izləyirdi.

Maja Kocijancic-in sözlərinə görə Avropa İnsan Haqları Məhkəməsi qərarlarının tam yerinə yetirilməsi hələ də gözlənir:

“Avropa İttifaqı hazırda Azərbaycanda siyasi zəmində məhbus edilmiş və hərəkətlərinə məhdudiyyət qoyulmuş bütün şəxslərin Azərbaycanın bir BMT, Avropa Şurası və ATƏT üzvü kimi öhdəliklərinə uyğun olaraq azad edilməsini və onlara bəraət verilməsini gözləyir”.

Xanım Kocijancic deyib ki, Avropa İttifaqı demokratiya və insan haqları ilə bağlı təməl məsələlərin həlli də daxil Azərbaycanla dialoqu və yaxından birgə işi, Azərbaycan xalqı və Aİ-Azərbaycan münasibətləri naminə davam etdirəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG