Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:51

Büdcədə artıq pul var?


►Yanvar ayında dövlət büdcəsinin gəliri xərcindən çox olub

Bu ilin yanvarında dövlət büdcəsinin gəlirləri xərcləri 833 milyon 200 min manat üstələyib. Bir səbəb də odur ki, hökumət həmin dövrdə investisiya layihələrini hələ maliyyələşdirməyə başlamamışdı.

Maliyyə Nazirliyinin məlumatına görə, ilin 1-ci ayında büdcəyə 1 milyard 350 milyon manat - əvvəlki ildəkindən 20 faiz az pul daxil olub.

Əməkhaqqından tutulan vergilər ötən ilin yanvarı ilə müqayisədə 100 manat artıb. Xırda bizneslə məşğul olanların ödədiyi sadələşdirilmiş vergi də 2 dəfə çoxalaraq, 40 milyon manata çatıb.

Ötən il maliyyə baxımından ağır keçdiyindən şirkətlərin mənfəəti, o cümlədən büdcəyə ödənilən mənfət vergisi də azalıb. Yanvarda bu vergi növü üzrə ödəmə yarıbayarı azalaraq, təxminən 145 milyon manat olub.

Yanvarda büdcənin 40 faizi maaş, pensiya və müavinətlərə gedib

İlin ilk ayı büdcədən 516 milyon 400 min manat aparıb. Bunun təxminən 40 faizi əmək haqlarının, pensiya və müavinətlərin ödənməsinə xərclənib.

Dövlət idarəetmə mexanizmlərinin – mərkəzi icra hakimiyyəti orqanları və onların qurumlarının, Milli Məclis və Mərkəzi Seçki Komissiyasının və s.-in saxlanmasına hər ay 89 milyon 100 min manta xərclənib. Bu, büdcə xərclərinin 17,7 faizi deməkdir.

Məhkəmə, hüquq-mühafizə xərcləri 38, 4 faiz artıb

Məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarının xərcləri bir ayda 42 milyon 200 min manat olub. Əvvəlki ilin eyni ayı ilə müqayisədə bu sahənin maliyyələşdirilməsi 38,4 faiz artıb. Əvəzində, tutalım, təhsilə 13,8 faiz az – 7 milyon 400 min manta xərclənib.

İkinci dəqiqləşdirmədən sonra Azərbaycanın builki dövlət büdcəsinin gəlirləri 16 milyard 800 milyon manat, xərcləri – 18 milyard 500 milyon manat məbləğində təsdiqlənib.

XS
SM
MD
LG