Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:34

Yeni agentlik yaradılıb


Azərbaycanda “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradılır. DOST Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev avqustun 9-da bununla bağlı fərman imzalayıb.

Fərmanda yeni agentliyin yaradılmasının əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıdığı bildirilir.

Bu habelə, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi, süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə izah edilir.

Fərmana əsasən, əhalinin məşğulluğu, əmək, sosial müdafiə, təminat, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edən “DOST” mərkəzləri yaradılacaq.

Xatırlatma

Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.

Publik hüquqi şəxs onun özü, dövlət, bələdiyyə adından yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur, ancaq dövlət və ya bələdiyyə orqanı sayılmır.

Azərbaycanda ilk publik hüquqi şəxs 2016-cı il fevralın 3-də yaradılıb. Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.

XS
SM
MD
LG