Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 11:09

Azərbaycanda donuz qripi təhlükəsi varmı?


Ramanada etiraz. Sakinlər nə tələb edir
Gözlə

No media source currently available

0:00 0:14:45 0:00

Ramanada etiraz. Sakinlər nə tələb edir

Gürcüstanda, rəsmi məlumata görə 10 nəfər donuz qripindən ölüb. Hökumət məktəblilərin qış tətilini dörd gün, yanvarın 18-ə qədər uzadıb.

Bəs görəsən, bu ölkə ilə qonşu Azərbaycanda da ölümcül qripin yayılması təhlükəsi varmı? Bu istiqamətdə suallarımıza cavab almaq üçün dəfələrlə Səhiyyə Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da gün ərzində telefon zənglərimizə cavab verən olmadı. Amma yanvarın 7-də, nazirlikdən report.az -a bildiriblər ki, ölkədə donuz qripi qeydə alınmayıb, mövsümi qripin və digər kəskin tənəffüsinfeksiyaların səviyyəsi son illərin orta göstəricisini aşmayıb.

Tibb elmləri doktoru Adil Qeybulla bu məlumata şübhə edir:

“Mən inanmıram ki, Azərbaycanda bu hal olmasın, çünki Gürcüstan və Azərbaycan gediş-gəlişdədir, Azərbaycandan xeyli sayda insan bu ölkəyə gedir. Rəsmi statistika bir tərəfə amma burda xəstələnmə halının olması tam mümkündür”.

Bakıda, 35 yaşlı aşpaz Nuranə Nuribəxş, beş gündür qrip olsa da, işə çıxır. O deyir ki, başqalarını yoluxdurmamaq üçün maska ilə gəzir:

“İmmuniteti güclü saxlamaq lazımdır, tez-tez əli və ağızı spirtləmək lazımdır”.

Dünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, qripə yoluxma zamanı xəstə yataq rejiminə keçməlidir, çoxlu maye, vitaminli qidalar qəbul etməli, yataq otağının havası mütəmadi dəyişdirilməlidir.

AzadlıqRadiosunun Gürcü xidməti xəbər verir ki, Gürcüstan hökuməti hələ ki, virusun epidemiya səviyyəsində yayılmasını təkzib edir, bu virusun ölkədə əvvəllər bundan da çox sayda ölümə səbəb olduğunu bildirir.

AzadlıqRadiosunun Tbilisi ofisində, hadisələri izləyən müxbir Sofia Datişvili xəbər verir:

“Hökumətin tövsiyəsi budur ki, xəstələr təcili yardım çağırmasınlar, birbaşa xəstəxanaya üz tutsunlar, çünki təcili yardım həkimləri bu xəstəlik üzrə mütəxəssis olmaya bilər. Xüsusi ağırlaşmalar olan şəxslər isə xəstəxanaya yerləşdirir. Gürcüstanda hamilə qadınlara və xüsusi müdafiəyə ehtiyacı olan şəxslərə bəzi dərmanlar pulsuz verilir”.

Azərbaycanın Səhiyyə Nazirliyi rəsmi açıqlamasında bildirib ki, həmsərhəd ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkə üçün real təhlükə kəsb edir.

Nazirliyin açıqlamasında deyilir ki, sərhəd keçid məntəqələrində hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlar quraşdırılıb, hərarəti yüksək olan şəxslər müəyyən olunur.

AzadlıqRadisou bu mövzu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Donuz qripindən qorunmaq üçün nələri bilmək lazımdır?
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Böyük Britaniyanın Səhiyyə Nazirliyi bildirir ki, bu xəstəlik zamanı antiotik istifadə etməyin faydası yoxdur.

Nazirlik qripli şəxslərin aşağıdakı hallarda həkimə müraciət etməsini tövsiyə edir:

Uşaqlarda ağırlaşma varsa

Yaşınız 65-dən yuxarıdırsa

Hamiləsinizsə

Uzunmüddətli xəstəliyiniz - diabet, ürək, ağciyər, böyrək və ya nevroloji xəstəliyiniz varsa

Kimyaterapiya və ya HİV nəticəsində immun sisteminiz zəifləyibsə

Yeddi gündən sonra qripiniz keçmirsə

Bütün bu hallarda təcili qaydada həkimə müraciət edilməlidir.

Dünya Səhiyyə Təşkilatı bildirir ki, donuz qripinə yoluxmanın əsas əlamətləri - yoluxmadan bir-iki gün sonra başlayan asqırma, boğaz ağrısı, qızdırma (38-39 °C-yə qədər), titrətmə, əzələ ağrıları, kəskin başağrısı, öskürmə, ümumi halsızlıq, zəiflik, gözlərin yaşarması, gözlərin, boğazın, ağzın, üz dərisinin, burunun qızarması, ürəkbulanma və iştahasızlıqdır.

Tibb professor Adil Qeybulla isə hesab edir ki, Azərbaycan hökuməti ilk növbədə profilaktik tədbirlərin görülməsi məqsədilə dövlət proqramı hazırlamalı, xəstəliyə ciddi yanaşmalı, əhalini maarifləndirməli və lazımi dərmanların ehtiyatını yaratmalıdır.

XS
SM
MD
LG