Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:52

Rusiyada dondurmanın adı yəhudiləri hiddətləndirib


Rusiyada istehsal edilən "Yoxsul yəhudi" dondurması

Rusiyanın Tatarıstan Respublikasındakı yəhudi icması burada istehsal olunan dondurmanın adı və büküm kağızına görə hiddətini ifadə edib.

Tatarıstanın ikinci böyük şəhəri Naberejnı Çelnıda yerləşən “Slavitsa” şirkəti “Yoxsul yəhudi” adlanan yeni dondurmanın istehsalına fevralın 28-də başlayıb.

Dondurmanın büküldüyü gümüşü kağızda İsrail dövlətinin bayrağı əks olunub.

Naberejnı Çelnı şəhərindəki yəhudi icmasının lideri Leonid Şteynberq bu dondurmanın istehsal və satışının “irqçilik” zəminində qadağanını tələb edib.

Şəhər prokurorluğu bildirib ki, şikayətlərin ilkin araşdırlmasına başlanıb.

“Slavitsa” şirkəti artıq bir dəfə, 2016-cı ildə “Obamka” adlı şokaladlı dondurmanının istehsalına başlayanda ziddiyyətə səbəb olmuşdu. O vaxt belə düşünmüşdülər ki, “ka” şəkilçisi Rusiya ilə münasibətləri çox da yaxşı olmayan Barack Obamanı aşağılamaq məqsədi güdür.

Həmin dondurmanın üzlüyündə afrikalı oğlan şəkli vardı.

Şirkət həmin dondurmanın istehsalını xarici medianın irqçilik və antiamerikanizm ittihamlarından sonra dayandırmışdı.

Bu şirkət, onun Sibirin Krasnoyarsk şəhərindəki filialı “Xoxol” adlı dondurmanı buraxdığına görə də ötən iyunda yenidən xəbər başlıqlarına çıxmışdı. Bu dondurmanın adı ilə ukraynalılara sataşırdılar.

Həmin dondurmalar Ukraynanın dövlət bayrağı kimi mavi-sarı rəngli kağıza bükülmüşdü.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG