Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Donald Tusk Aİ ilə Azərbaycan arasındakı Sazişdәn söz açıb


Donald Tusk
Donald Tusk

Azәrbaycanda sәfәrdә olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 9-mətbuata bəyanatla çıxış edib.

Azərtac-ın məlumatına görə, o, bu zaman Azәrbaycanla Avropa İttifaqının arasında imzalanacaq Sazişdәn dә söz açıb. Tusk qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır.

“2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək”, - Aİ Şurasının prezidenti deyib.

Tusk Cənub Qaz Dəhlizindən danışarkən bu, “bütün xalqlarımız üçün birbaşa faydalı olmalıdır, Azərbaycanın islahatlar və iqtisadi şaxələnmə prosesini müşayiət etməlidir” söyləyib.

Prezident İlham Əliyevsə Donald Tuskla yeni sazişlə bağlı Avropa Komissiyası ilə Azərbaycan arasında davam edən danışıqları müzakirə etdiklərini bildirib. O, danışıqların uğurla davam etdiyini, bir çox məsələlərin artıq öz həllini tapdığını qeyd edib.

“Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq”, - Azərbaycan prezidenti deyib.

Azәrtac-ın mәlumatına görә, Donald Tusk Qarabağ münaqişəsinin həllinə də toxunub. O deyib ki, münaqişə hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır.

“Biz ümumilikdə gərginliyin azalmasını yüksək dəyərləndiririk, amma təmas xətti boyunca son itkilər həmsədrlər kimi bizi də narahat edir”.

Donald Tusk Avropa İttifaqının xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərlə kömək etməyə hazır olduğunu da vurğulayıb.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edir.

Şərq Tərəfdaşlığı Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə bu qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb.

Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq hələlik tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG