Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:08

Demokratlar hökumətin açılması ilə bağlı Trump-ın yeni təklifini də rədd edirlər


Nümayəndələr palatasının sədri Nancy Pelosi və Senatdakı demokratların lideri Chuck Schumer.8 yanvar, 2019. REUTERS/Jonathan Ernst
Nümayəndələr palatasının sədri Nancy Pelosi və Senatdakı demokratların lideri Chuck Schumer.8 yanvar, 2019. REUTERS/Jonathan Ernst

Demokratlar, hökumətin maliyyələşdirilməsinin bərpası ilə bağlı ABŞ prezidenti Donald Trump-ın yeni təklifini rədd ediblər.

Trump xüsusilə, uşaq ikən ölkəyə gətirilmiş qanunsuz miqrantların deportasiyadan 3 il qorunması, həmçinin müvəqqəti yaşayış müddəti bitənlərin deportasya edilməməsini nəzərdə tutuan plan təklif edib.

Donald Trump ABŞ-ın cənub sərhədində
Donald Trump ABŞ-ın cənub sərhədində

Prezident bunun əvəzəində Konqresdən Meksika ilə sərhədə səd çəkilməsinə 5 milyard dollardan çox vəsait ayrılmasını istəyib.

Amma Trump bildirib ki, söhbət bütün sərhəd boyu divardan yox, yalnız sərhədin bəzi yerlərində 370 kilometrlik səddən gedir.Meksika ilə quru sərhədinin uzunluğu 3145 kilometrdir. Bunun təxminən 1050 kilometri təxminən müxtəlif səd və ya maneələrlə bağlanıb.

Amma demokratların Senatdakı lideri Çak Şumer ( Chuck Schumer) deyib ki, ABŞ-da yaşamağa can atan və digər növ miqrantların leqallaşdırılmasına qoyulan müddət 3 il yox, daimi olmalıdır.

Nümayəndələr palatasının demokrat sədri Nensi Pelosi (Nansy Pelosi) də Trump-ın təklifinin qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki,Nümayəndələr palatasına demokratlar nəzarət edir.

Demokratlar miqrasiya sahəsində islahatları, yalnız hökumətin tam açılmasından sonra müzakirə etmək istəyirlər.

Amma onlar prezidentin əsas tələbini-Meksika ilə sərhədə divar çəkilməsinə vəsait ayrılmasının qəti əleyhinədirlər.

Bu mübahisəyə görə ABŞ-da yeni dövlət büdcəsi təsdiqlənməyib və nəticədə 800 minə yaxın dövlət qulluqçusu 30 gündür ki, işsiz qalıb.

Onların bir qismi öz hesablarına məzuniyyətə göndərilib, bir qismi isə pulsuz işləyirlər və maaşlarını hökumət açıldıqdan sonra alacaqlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG