Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:34

Trump-ın Nümayəndələr palatasının qərarına veto qoymaq hüququ var


ABŞ prezidenti Donald Trump Vaşinqtonda çıxış edir
ABŞ prezidenti Donald Trump Vaşinqtonda çıxış edir

Əgər ABŞ Konqresinin Nümayəndələr palatası ölkədə fövqəladə vəziyyət rejimi tətbiq ediləməsinin əleyhinə səs versə prezident Donald Trump-ın veto qoymaq hüququ var.

Bu barədə Associated Press agentliyi Ağ evə istinadla xəbər verir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump Meksika ilə sərhədə divar çəkilməsinə lazım olan vəsaiti ala bilmək üçün ölkənin cənub sərhədlərində fövqəladə vəziyyət rejimi tətbiq edilməsi barədə qərar qəbul edib.

Əgər belə bir rejim tətbiq edilsə, artıq 2020-ci ilin sentyabrı-yeni prezident seçkisinədək bu divarın xeyli hissəsi çəkiləcək.

Ağ evin hesablamasına görə bu divarın çəkilməsinə 8 milyard dollar lazımdır.

Fox News televiziyasınını məlumatına görə, belə halda hakimiyyət bu vəsaitin 3 milyardını fövqəladə vəziyyət rejiminin hesabına çıxara bilər.

Jurnalistlərin məlumatına görə, nəin ki, demokratlar, hətta respublikaçılar da Trump-ın bu qərarına qarşıdırlar.

Bu divara görə fikir ayrılığı ötən il dekabrın sonlarından başlayaraq hökumətin 35 gün bağlanması ilə nəticələndi ki, bu ABŞ-ın tarixində ən uzun belə böhran oldu.

Amma sonradan ölkə büdcəsi divara vəsait ayrılmadan razılaşdırıldı və hökumət açıldı.

Demokratlar divara çəkilən xərci məsrəfçilik hesab edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG