Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Konstitusiya Məhkəməsi dollarla borcu olanlara kömək edəcəkmi?


Elmar Vəliyevin yerinə kim gətirildi?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Elmar Vəliyevin yerinə kim gətirildi?

Konstitusiya Məhkəməsi yenidən əhalinin dollarla götürüb qaytara bilmədiyi kreditləri araşdırır.

Bir vətəndaş Bakı Apellyasiya Məhkəməsinə şikayət edib ki, durum əhəmiyyətli dərəcədə dəyişdiyindən banka olan borcunu qaytara bilmir. İndi həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edib ki, bu iddiaya şərh versin.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, Konstitusiya Məhkəməsi vətəndaşın xeyrinə qərar çıxarsa, krediti köhnə məzənnə ilə qaytarmaq şansı yaranacaq:

“Əslində belə müraciətlər məhkəmələrə minlərlə olub. Sadəcə olaraq, əvvəllər heç vaxt məhkəmələr bu iddiaları təmin etməyib. İndi isə Bakı Apellyasiyası Konstitusiya Məhməsindən soruşur ki, bu işə qanuni şərh versin. İndi Konstitusiya Məhkəməsi məzənnənin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilərmi sualına cavab verməlidir. Çünki vətəndaş bilsəydi ki, sabah devalvasiya olacaq, bu halda o bankdan dollarla kredit götürərdimi?”

Konstitusiya Məhkəməsinin binası
Konstitusiya Məhkəməsinin binası

Əkrəm Həsənov deyir ki, indi yüzlərlə vətəndaş ümidini Konstitusiya Məhkəməsinin qərarına bağlayıb.

Belələrindən biri də Bakı sakini Amil Hüseynovdur. O da bankdan 40 min dollar kredit götürüb. Ümid edir ki, 3 il sonra nəhayət ki, məhkəmələr vətəndaşın xeyrinə qərar çıxaracaq:

“Apellyasiya Məhkəməsinin bu qərarına çox müsabət baxıram. Gec də olsa mənim kimi krediti qaytarmaqda problemi olan vətəndaşların yükü qismən azalacaq. Əlbəttə ki, Konstitusiya Məhkəməsi vətəndaşın xeyrinə qərar çıxararsa… Ən azından gözləyirəm ki, əvvəlki və sonrakı məzənnələr arasında yaranan fərq vətəndaş, bank və dövlət olmaqla 2-3 tərəf arasında bölüşdürülsün".

Millət vəkili Zahid Oruc isə deyir ki, problemli kredit məsələsinin həlli üçün Konstitusiya Məhkəməsinin qərarı yeni qığılcım ola bilər.

“Vətəndaşların külli miqdarda borcu bu gün də məhkəmələrdə ciddi problem olaraq qalmaqdadır. Bu isə həm də iqtisadiyyat üçün yükdür. Ona görə də belə bir müraciətin edilməsini müsbət qiymətləndirirəm. Arzu edirəm ki, konstitusiya məhkəməsi bu yöndə obyektiv bir qərar qəbul etsin. Yüz minlərlə məhkəmə qərarları var ki, əksərən vətəndaşların ziyanına çıxarılıb. Önəmli məsələ bu borcu vətəndaşın ödəyə biləcəyi bir səviyyəyə endirməkdir. Qərar ən azından ancaq vətəndaşın ziyanına olmalı deyil. O üzdən konstitusiya məhkəməsinin qərarı məhkəmə sistemi üçün müsbət siqnal ola bilər. Çox ümid edirəm ki, belə də olacaq”.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də rəylərini öyrənib:

Sizcə Konstitusiya Məhkəməsi dollarla kredit götürənlərə nə güzəşt edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

AzadlıqRadiosu ilə söhbət edən müsahiblər də Konstitusiya Kəhkəməsindən müsbət qərar gözləyirlər. Amma bundan əvvəl bir dəfə də Konstitusiya Məhkəməsi dollarla kredit məsələsinə baxıb. Gözləntilərin əksinə olaraq, vətəndaşın xeyrinə olmayan qərar çıxarmışdı.

Sonda isə xatırladaq ki, 2015-ci ildəki devalvasiyalardan sonra manat 2 dəfə dəyər itirib. Devalvasiyaya qədər 78 qəpik olan ABŞ dolları iki devalvasiyadan sonra 1 manat 70 qəpiyə qədər yüksəlib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG