Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 11:35

'Fitch' dolların məzənnəsi ilə bağlı proqnoz verib


Manat

«Fitch» beynəlxalq reytinq agentliyi Azərbaycanda 2019-cu ilin sonuna qədər ABŞ dollarının orta məzənnəsinin 1.89 manat olacağını ehtimal edir.

«Report» bu xəbəri agentliyə istinadən yayıb.

Hesabatda yaxın 3 ildə dünya bazarında «Brent» markalı neftin orta illik qiyməti ilə də bağlı proqnoz açıqlanıb. Proqnoza görə, agentlik 2017-ci ildə neftin orta qiymətinin 45, 2018-ci ildə 55, 2019-cu ildə isə 60 dollar olacağını gözləyir.

Ancaq agentliyin manatla bağlı bundan öncəki proqnozu özünü doğrultmayıb.

Ötən ilin aprelində «Fitch»in analitik qrupunun rəhbəri Dmitry Vasiliev demişdi ki, 6-12 ay boyunca manatın məzənnəsi sabit qalacaq.

2016-cı ilin oktyabrından başlayaraq manat dollara nisbətən davamlı dəyər itirdi. Ancaq o, da çox şeyin neftin ucuz qiymətinin nə qədər sürməsindən, hökumətin belə qiymətlərə reaksiyasından asılı olduğunu vurğulamışdı.

Agentlik Azərbaycanın reytinqinə sonuncu dəfə ötən ilin fevralında «əl gəzdirib». Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqi «BBB-» səviyyəsindən «BB+» səviyyəsinə endirilmişdi. Reytinqin dəyişilməsi ilə bağlı proqnoz «mənfi»dir. Hesabatda bildirilirdi ki, buna səbəb neftin ucuzlaşmasıdır.

Dollar niyə qəfildən ucuzlaşır?
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG