-
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın avqustun 31-nə olan məzənnəsini açıqlayıb.
Rəsmi məzənnəyə görə, avqustun 31-də bir dollar 1,6321 manata bərabər olacaq.
Avqustun 26-dan 30-a kimi bir dollar 1,6280 manat olmuşdu.
Son 3 ayda bəzi günlər istisna olmaqla manat dollara nisbətən tədricən dəyər itirir.
Ekspertlərin fikrincə, ilin sonuna kimi bir dollar bir manat 80 qəpik səviyyəsinə qalxacaq.