Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:10

"Belə davam etsələr, yeni devalvasiya ehtimalı artacaq"


Samir Əliyev
Samir Əliyev

►İqtisadçı Samir Əliyev deyir ki, dolların ucuzlaşması müvəqqəti olacaq

Bir neçə gündür ki, dolların manata nisbətən ucuzlaşması müşahidə olunur.

Azərbaycanın maliyyə bazarında nə baş verir? İki dəfə kəskin devalvasiyaya məruz qalan manatı nə bahalaşdırır?

İqtisadçı Samir Əliyev AzadlıqRadiosunun suallarını cavablandırır:

– Samir bəy, son günlər dolları manata nisbətdə cüzi bahalaşdıran amillər hansılardır?

– Mərkəzi Bankın hərraca çıxardığı dollara tələbat azalıb. İndiyə kimi bu hərraclarda 30-dan çox bank iştirak edirdisə, indi bu 5-6 bank auksiona qatılır və alınan dolların da həcmində azalma var. Manatın məzənnəsi də buna görə müəyyənləşdirilir. Ancaq bu, məsələnin görünən tərəfidir.

– Bəs görünməyən tərəfi nədir?

– Mərkəzi Bank yenə də inzibati yolla dolların bahalaşmasına imkan vermir. Belə bir təəssürat yaratmağa çalışır ki, bazarda dollar çoxdur, manata problem yoxdur. Bu gün banklar manat qıtlığı çəkirlər. Əllərindəki manatı da verib dollar almaq istəmirlər. Təbii ki, inzibati yol çıxış varianti deyil, 1-ci devalvasiyada olduğu kimi, yenə də manatı inzibati, süni yolla tənzimləməyə çalışır. (Ardı aşağıda)

Dollar sizin nəyinizə lazımdır?
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

– Mərkəzi Bankın manatı süni yolla tənzimləmə potensialı nə qədər qalıb?

– Yanvarda Mərkəzi Bankın valyuta ehtiyatı əhəmiyyətli dərəcədə azalıb. Təbii ki, belə getsə, potensial sürətlə azalacaq. Hələlik, manat qıtlığı yaratmaqla vəziyyəti idarə etməyə çalışırlar. Hazırda Mərkəzi Bankın fevralın 1-nə olan valyuta ehtiyatı 4,4 milyard dollardır. Bir ildə təxminən 12 milyarddan 4 milyarda qədər valyuta azalıb. Ölkədə valyuta sabitliyi yaratmaq üçün ölkəyə valyuta axını olmalıdır. İndi bir yola əl atılıb, istiqrazların buraxılmasına qərar verilib. İkinci yol xarici borclanmadı, amma bu istiqamətdə uğurlu nəticəyə inanmıram. Çünki Beynəlxalq Valyuta Fondu və Dünya Bankının dünya maliyyə bazarında reytinqi aşağı düşən Azərbaycana əlverişli şərtlərlə kredit verəcəyi inandırıcı görünmür. Azərbaycanı hazırda neftin qiymətinin qalxması xilas edə bilər, özü də 40-50 dollara qalxması yox, ən azı 60 dollara qalxmasından söhbət gedir.

– Bəs ikinci devalvasiyadan sonra bankların kredit portfelində vəziyyət necə olub?

– Banklarda kredit qoyuluşunda və depozitlərdə azalma var. Yeni statistika açıqlanıb, dekabrda kredit və əmanət qoyuluşunda artım görünür, amma əslində, bu, devalvasiyadır, yəni dollarla olan əmanətin manatla ifadə edəndə artım görünür. Belə deyək, 100 dollar 70 qəpikdən götürəndə deyilirdi ki, 70 manatlıq əmanət var, amma indi 100 dollar olub təxminən 150-160manat.Kreditli problemlərin həcmi artıb, 1,5 milyarddan çox olub. Kredit qoyuluşunda azalma baş verib. Məsələn, ev təsərrüfatlarına verilən kreditlərin payı 40 faizdən 38 faizə düşüb. Bu da gözlənəndi.

– Birinci devalvasiya qabağı manatın möhkəmliyi ilə bağlı ən yuxarı səviyyədə açıqlamalar oldu, ikinci devalvasiya qabağı da manatın dollara nisbətində bir stabillik yaranmışdı. İndi maliyyə bazarında baş verənlər, manatın sanki möhkəmlənməsi üçüncü devalvasiyaya hazırlıq təəssüratı yaratmırmı?

– Birinci devalvasiyadan sonra deyirdik ki, manatı sərbəst buraxmaq və yumşaq devalvasiyaya imkan yaratmaq lazımdır. O zaman buna getmədilər və birdən-birə manatı 50 faiz ucuzlaşdırdılar. İndi də manatı inzibati yolla tənzimləməyə davam etdikcə, növbəti, kəskin devalvasiya ehtimalı artır.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG