Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:18

Prezident dollar borclularına kömək edəcəkmi?


Zamirə Hacıyevanın Londonda 15 milyon dollarlıq mülkü müsadirə edilə bilər
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Zamirə Hacıyevanın Londonda 15 milyon dollarlıq mülkü müsadirə edilə bilər

Bir ay öncə sentyabrın 8-də Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı daha bir qərar qəbul edib. Ekspertlər bu qərarın da bankların xeyrinə olduğunu deyirlər.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, Konstitusiya Məhkəməsinin bu qərarından sonra banklara dollarla kredit borcu olanların vəziyyəti daha da ağırlaşıb:

“Dövlətdən artıq bu məsələdə heç bir güzəşt gözləməyə dəyməz. Dövlət konstitusiya məhkəməsinin son qərarından sonra hüquq-mühafizə orqanlarından belə istifadə etməklə xarici məzənnədə olan borcları qaytarmaq əzmindədir. Vətəndaşlar zatən bu borcu qaytara bilmir, çünki pulları yoxdur. Ümumiyyətlə, çox adam bilmir ki, bu kreditlərin 70 faizdən çoxunu sahibkarlar götürüb. Onları da dediyim kimi həbslə və digər yollarla məcbur edib qaytarırlar”.

Vahid Əhmədov prezidentə müraciət edib
Vahid Əhmədov prezidentə müraciət edib

Millət vəkili Vahid Əhmədov isə düşünür ki, Konstitusiya Məhkəməsinin qərarı tək vətəndaşların yox, elə bankların özünün də ziyanınadır. O, həmkarı Əli Məsimli ilə birlikdə problemlə bağlı prezident İlham Əliyevə müraciət edib. Müraciətdə dövlət başçısından Konstitusiya Məhkəməsinin qərarına yenidən baxılması xahiş edilir.

Dollarla bankdan kredit götürən vətəndaşlar isə deyirlər ki, kredit borcunu yeni məzənnə ilə qaytarmaq onlara 2-3 dəfə ziyan vurub.

Konstitusiya Məhkəməsinin sözü gedən qərarına imza atan hakimlərdən biri – İsa Nəcəfli qərara öz xüsusi rəyini də əlavə edib.

O bildirib ki, qərarın təsviri-əsaslandırıcı hissəsi ilə qismən, nəticə hissəsi ilə isə razı deyil:

“Məhkəmələrdə baxılan işlərin sayı barədə statistik məlumatları, eləcə də, müflisləşmə nəticəsində 12 bank şəbəkəsinin bağlanmasını, əməkdaşlarının işsiz qalmasını, on milyardlarla bank kapitalının geri qaytarılmamasını nəzərə alsaq, haqlı olaraq qeyd edərik ki, manatın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir”.

İsa Nəcəfli qeyd edir ki, bütün bunlara görə də vətəndaş, bağladığı ipoteka müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə əlaqədar Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən məhkəməyə müraciət etməkdə haqlıdır.

Lakin Konstitusiya Məhkəməsi öz qərarında manatın məzənnəsinin dəyişməsini “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” kimi qiymətləndirməyib. Bununla da bankların dollarla hesablanmış kredit borcunu indi yenə dollarla, amma manata nisbətən iki və ya üç dəfəyə yaxın bahalanmış dollarla tələb etmək hüququ yaranıb.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, dollarla götürülən kreditlər hansı məzənnə ilə ödənməlidir?
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Bu məsələnin həlli tez-tez parlamentdə də səslənir. Bəzi millət vəkilləri kredit borcunda yaranan məzənnə fərqini dövlətin ödəməsini təklif edirlər. Amma hələlik nə hökumətdən, nə də deputatların prezidentə müraciətinə hər hansı reaksiya verilməyib.

Azərbaycan manatı 2015-ci ilin dekabrı və 2016-cı ilin fevralındakı devalvasiyalarda dollara qarşı iki dəfəyə qədər dəyər itirib. Devalvasiyalar neft ucuzlaşan dövrdə baş verib.

Bundan sonra bankların durumu pisləşib, son dörd ildə qaytarıla bilməyən problemli kreditlərin həcmi 2 milyard manata çatıb, 12 bank bağlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG