Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:37

Həccə gedən tacik biznesmen və ailəsinin meyitləri Mədinədə aşkar edilib


Mərhumun atası Manzur Dodoxonovun evində yas mərasimi
Mərhumun atası Manzur Dodoxonovun evində yas mərasimi

Tanınmış tacik biznesmen Baxtiyor Dodoxonov, onun həyat yoldaşı və 8 və 12 yaşlarında olan iki oğlunun meyitləri Səudiyyə Ərəbistanının Mədinə şəhərində aşkar edilib.

Martın 7-də Ozodi radiosunun müxbiri biznesmenin atası Manzurxon Dodoxonovun evində olub. Manzurxon Dodoxonov Düşənbənin məhəllələrindən birində yerləşən “Şarki ozod” nəşriyyat kompleksinin keçmiş direktorudur. Dünəndən etibarən ailənin yaxınları, qohumları və dostları baş sağlığı vermək üçün məhz bu evə gəlirlər. Baxtiyor Dodoxonov valideynlərinin yeganə oğlu idi.

Qohumlar bu hadisə barədə, avtoqəzadan tutmuş qətlədək ən müxtəlif versiyaları dilə gətirirlər. İndiyədək Tacikistan və Səudiyyə Ərəbistanının müvafiq orqanları hadisə ilə bağlı rəsmi məlumat verməyiblər.

Baxtiyor Dodoxonov Tacikistanda tanınmış biznesmen idi. O bundan on gün əvvəl ailəsi ilə birlikdə Mədinəyə kiçik həcc ziyarətinə getmişdi. Onların Tacikistana dönüş biletləri də vardı.

Ailənin yaxınları bildirirlər ki, Manzur Dodoxonov oğlu və nəvələri ilə telefonla son dəfə martın 5-də danışıb. Onlar deyiblər ki, martın 6-da Almatıdan keçərək Düşənbəyə gəlməlidirlər. Nəvələrdən biri babasına hədiyyə aldığını da deyibmiş.

Manzur Dodoxonovun sözlərinə görə o, faciəli 6 mart günündə oğlu ilə əlaqə saxlamağa 20 dəfə cəhd göstərib. Amma oğlunun telefonu söndürülmüş idi.

Baxtiyor Dodoxonov və ailəsi Düşənbəyə martın 6-da səhər saat 11.30-da çatmalı idi. Onu qarşılayanlar hava limanına gəlmişdilər.

Onlar məhz bundan sonra Səudiyyə Ərəbistanının Düşənbədəki səfirliyinə müraciət ediblər. Faciəli xəbəri də burada alıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG