Keçid linkləri

2025, 18 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:59

Bakıda «Disney xəzinəsi»...


Sərgi bir həftə davam edəcək.
Sərgi bir həftə davam edəcək.

İyulun 18-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda gənc rəssam Elmira Rəcəbovanın «Disney xəzinəsi» adlı fərdi sərgisi açılıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, müəllif 60-dək sənət əsərinin yer aldığı sərgini Disney qəhrəmanlarına həsr edib.

Elmira Rəcəbova məşhur obrazların bütöv qalereyasını yaradıb.

Gözəl Belosnejka, möcüzələr ölkəsində dəcəl Alisa, qaraçı Esmiralda və gözəl Ariyelin romantik obrazları sərgidə yer alıb.

Kişi obrazları zəkalı Ələddin və cəsarətli Tarzan, eləcə də oxşar nağılların digər nümayəndələri də sərgidə əks olunub.

Müəllif sevimli ayı balası Vinni Pux və maral balası Bembini özünün dostları ilə birgə çəkib.

Sərgi bir həftə davam edəcək.

XS
SM
MD
LG