Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 17:59

Direktor müavini şagirdlərin saçını kəsib?


Zeynəb Həsənova

-

Tovuz rayonu Cəlilli kənd tam orta məktəbinin direktor müavininin bir neçə şagirdin saçını kəsməsi ilə bağlı şikayət araşdırılıb. Şikayəti rayon təhsil şöbəsi araşdırıb və sonra qərar verilib.

Bu barədə «Report»un sorğusuna cavab olaraq Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

«Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, qeyd olunan fakt təsdiqini tapıb. Həmin şagirdlərə saç düzümlərini qaydaya salmaları ilə bağlı bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, onlar tapşırığa əməl etməyiblər. Zeynəb Həsənova bununla əlaqədar şagird və valideynlərlə bir daha söhbət etmək əvəzinə, etikadan kənar hərəkətə yol verərək uşaqların saçını kəsib. Qeyd olunan fakt müəllim-şagird münasibətlərində qeyri-pedaqoji hal kimi qiymətləndirilir. Bu hərəkətinə görə Z.Həsənova barəsində qanunvericiliyə uyğun ciddi intizam tənbehi görülüb. Bu gündən o, tutduğu vəzifədən azad edilib», - nazirlikdən qeyd edilib.

Ancaq direktor müavininin həm bu ittihama, həm də işdən çıxarılmasına münasibəti, hələlik, bəlli deyil.

XS
SM
MD
LG