Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:09

'Diqlas'da yeri yananlar yenə prezidentdən kömək istəyir


Aksiya

Bu gün, mayın 1-də «Diqlas» Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində malları yanan bir qrup sahibkar Prezident Administrasiyası (PA) önündə toplaşıblar.

Onlar narazılıqlarını problemlərinin tam həll olunmaması ilə izah ediblər. «Bizə dəyən ziyan ödənməyib, təzyiqlər var, istintaq gedir deyə, yanan malları qaytarmırlar», - sahibkarlar bildiriblər. Onların sözlərinə görə, ilkin yardım kimi nəzərdə tutulan vəsaitlərdən 2 min manatdan 10 min manat qədər alanlar var. Amma demələrinə görə, bəziləri heç yardım almayıb.

Sahibkarların vurğulamasına görə, yanğın zamanı 10 min manatdan 50 min manata qədər ziyana düşənlər var.

Sahibkarlar habelə vurğulayıblar ki, deyildiyi kimi, onlara yeni iş yerləri təklif edilib: «Amma problem odur ki, mal almağa pulumuz yoxdur. Bir tərəfdən pulumuz yox mal alaq, digər tərəfdən istintaq gedir deyə, mallarımızı götürə bilmirik. Üstəlik, yardım kimi götürdüyümüz pullar borc-xərclərimizə gedib. Odur ki, dövlət başçısından xahiş edirik ki, bizə köməklik etsin. İcraçı direktorlar bizi məruz qaldığımız itkini tam göstərməyə qoymurlar. Deyirlər ki, bizim də borc-xərcimiz var».

Onların bəziləri bildiriblər ki, hətta artıq evlərinə zəruri ərzaq almağa belə pulları yoxdur. «Biz heç nə istəmirik, bizə dəyən ziyanın ödənməsini istəyirik. Prezident fərman verdi ki, vəsait ödənsin, amma aşağıdakılar bizə «baxaq da, bəlkə…» kimi cavab verirlər. Odur ki, son ümid olaraq Prezident Administrasiyasının qarşısına toplandıq ki, diqqəti problemimizə cəlb edə bilək», - narazı iş adamları bildiriblər.

"Diqlas" ticarət mərkəzində yanğın
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Xatırlatma

Martın 26-da «Diqlas» Ticarət Mərkəzində yanğın baş verib. Yanğında 400-dən yuxarı sahibkara ziyan dəydiyi bildirilir. Onlar ilk günlər müxtəlif qurumların önünə toplaşaraq şikayətlərini dilə gətiriblər.

Martın 28-də bu məsələ ilə bağlı dövlət başçısı iclas keçirib. İclasda sahibkarlara dəyən ziyanın ödənməsi, onların iş yerləri ilə təmin olunmaları ilə bağlı İqtisadiyyat Nazirliyi daxilində komissiya yaradılıb. Bundan əlavə, yanğının səbəblərinin araşdırılması barədə tapşırıq verilib. Martın 29-da dövlət başçısı sahibkarlara dəyən ziyanın ödənməsindən ötrü 3 milyon manat vəsaitin ayrılması barədə də sərəncam imzalayıb.

Xüsusi komissiya isə üç gün ərzində sahibkarları fərdi qaydada qəbul edərək, onların problemlərini dinləmişdi.

XS
SM
MD
LG