Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:12

Dini mövzuda şeir müsabiqəsi elan olundu


İllüstrasiya
İllüstrasiya

-

Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini motivlər əsasında şeirlər” müsabiqəsi elan edir.

Fonddan Oxuzali-na daxl olan məlumata görə, müsabiqə səmavi kitabların gənclər arasında düzgün təbliğinə, müqəddəs kitablardan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir.

Elan edilən müsabiqə müqəddəs kitablar haqqında gənclərin düşüncə və təsəvvürlərinin daha da dərinləşməsinə yardımçı olacaq.

Müsabiqənin şərtlərinə görə təqdim edilən şeirlərin ideyası səmavi kitabların- Tövrat, Zəbur, İncil, Quran-motivləri əsasında yazılmalıdır. Hər bir şəxs yalnız bir şeir təqdim edə bilər.

Şeirlər elektron formada (Times New Roman şriftində) müəllif haqqında qısa tərcümeyi-hal ilə birlikdə (əlaqə telefonları mütləq yazılmaq şərti ilə) Azərbaycan Yaradıclıq Fondunun elektron ünvanına göndərilməlidir: ayfondu@gmail.com

İyul ayının 6-sı şeirlərin qəbulu üçün son gündür.

Yaş məhdudiyyəti qoyulmayan müsabiqədə üç əsas mükafat nəzərdə tutulub. Birinci yer üçün 500, ikinci yer üçün 300, üçüncü yer üçün 200 manat ayrılıb.

Müsabiqəyə təqdim edilən bütün şeirlər antologiya kimi dərc ediləcək. Nəşr edilmiş antologiya respublika ərazisindəki bütün kitabxanalara pulsuz paylanacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG