Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:52

Dini icmalara maşın paylandı


dqdk.gov.az
dqdk.gov.az

Prezident İlham Əliyevin Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 11 sentyabr 2018-ci il tarixli Sərəncama əsasən oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya “Khazar SD” markalı avtomobillərin açarları təqdim edilib.

Mərasimdə Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi və Himayəçilər Şurasının üzvləri iştirak ediblər. Noyabr ayında isə növbəti 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.

Tədbirdə çıxış edən icma sədrləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, sözügedən Sərəncama uyğun olaraq bundan əvvəl Naxçıvan Muxtar Respublikasında 4 dini icmaya “NAZ Lifan 330” markalı avtomobillər verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG