Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:54

Dini icmalar avtomobillərdən razı qalıb


Dini icmalara avtomobillərin verilməsi
Dini icmalara avtomobillərin verilməsi

Azərbaycanda dini icmalara avtomobillərin verilməsi onların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədi və ölkə başçısının sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna ayrılmış vəsait hesabına həyata keçirilib.

«Turan» agentliyi xəbər verir ki, bu haqda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov məlumat verib. Onun bildirməsinə görə, ölkə başçısının sərəncamı ilə fonda 400 min manat ayrılıb. Dini icmaların böyük əksəriyyətinin maddi-texniki təchizatının yaxşı səviyyədə olmadığını qeyd edən M.İsmayılov sərəncamın bu reallıqlar nəzərə alınaraq verildiyini vurğulayıb.

İcraçı direktor deyib ki, avtomobillərin hansı dini icmalara verilməsi məsələsi Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı və Fondun Himayəçilər Şurasının müzakirəsindən sonra öz həllini tapıb. İlkin mərhələdə 14 dini icmaya avtomobil verilib. Bunlar Nardarandakı «Rəhimə Xanım Ziyarətgahı», Xətaidəki Əhmədli, Cəbrayıl rayonundakı Cocuq Mərcanlı, Balakəndəki «Mərkəzi Cümə», Tərtərdəki «Cümə» məscidi dini icmalarıdır. Bundan başqa Ağdam, Şuşa, Biləsuvar, Neftçala, Şəki, Qusar, Sabirabad, Gədəbəy, Qazax rayonlarındakı dini icmalara da avtomobil verilib.

Din xadimlərinə, məscidlərin imamlarına dövlətin maaş verməsinə sizin münasibətiniz necədir?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Dini icmalar avtomobillərin verilməsindən razı qalıblar

«Biz bu qayğıya, diqqətə görə, ölkə başçısına minnətdarıq. Avtomobillərin verilməsi bizim bir çox qayğılarımızın, çətinliklərimizin aradan qaldırılmasına yardım edəcək». Biləsuvar şəhərindəki «Cümə» məscidi dini icmasının axundu Hacı Əlifağa oktyabrın 10-da bəzi dini icmalara avtomobillərin verilməsi haqda AzadlıqRadiosuna danışarkən belə deyib. «Cümə» məscidi dini icmasına da avtomobil verilib.

H.Əlifağa bildirib ki, Azərbaycan tolerantlıq nümunəsidir.

«Bütün dünya görür ki, Azərbaycan tolerantlıq nümunəsidir. Belə bir mühitdə dini icmaların fəaliyyətinə bu şəkildə yardım, qayğı göstərilməsi alqışlanmalıdır. Mən 30 ildən çoxdur dini icmada çalışıram. Bizim icmaya ilk dəfə belə qayğı ölkə başçımızın sayəsində mümkün olub», - deyən axund Qafqaz Müsəlmanları İdarəsinin, Dini Məsələlər üzrə Dövlət Komitəsinin dini icmaların bütün problemlərinin qayğısına qaldığını iddia edib.

H.Əlifağa deyir ki, həm də təkcə dini icmalar yox, bütün sahələr dövlətin qayğısı ilə əhatə olunub. Onun sözlərinə görə, heç kim deyə bilməz ki, hansısa sahəyə ayrıseçkilik göstərilir.

Ekspertlər nə deyir

Ancaq bəzi ekspertlər dövlətin bir sıra dini icmalara avtomobil verməsini tənqid edirlər. Onlar deyirlər ki, bu, dövlətin dinin işlərinə qarışmadığı haqqında rəsmilərin dedikləri ilə üst-üstə düşmür. Üstəlik, onlar deyir ki, bu, həm cəmiyyətdə, həm də dini icmalar arasında ayrıseçkilik yaradır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG