Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:27

Deputat: 'Dinə yox, xarici maraqlara xidmət edirlər'


Fazil Mustafa

«Azərbaycanda dinlə bağlı problem yoxdur. Ayrı-ayrı xarici dini sektalar var ki, dinə yox, xarici maraqlara xidmət edirlər. Onlarla müəyyən problemlər var».

Deputat Fazil Mustafa bunu Amerika Birləşmiş Ştatların (ABŞ) Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) aprelin 26-da açıqladığı illik hesabatının Azərbaycanla bağlı hissəsini AzadlıqRadiosuna şərh edərkən bildirib.

Deputat deyib ki, bütünlükdə isə Azərbaycanda qeyri müsəlmanlara hər hansı problem yoxdur. Hər inanc daşıyıcısı Azərbaycanda rahat qaydada ibadətlərini icra edə bilir.

***Buna da bax-'Azərbaycanda din azadlığının durumu pisləşib'

İslam təmayüllü bəzi icmaların fəaliyyətinə gəlincə, F.Mustafa hesab edir ki, ölkədə bəzi radikal qruplaşmalarla mübarizə aparılır: «Xüsusilə Suriya hadisələri zamanı Azərbaycandan bu ölkədə din adı ilə döyüşlərə qatılanlar çoxaldı. Bu da dövləti təhlükəsizliyi baxımından bəzi addımların atılmasına səbəb oldu».

F.Mustafa 2015-ci ilin noyabrında «Nardaran hadisələri» zamanı aparılan həbsləri İran meylli qüvvələrlə mübarizə kimi dəyərləndirir: «Burada da dövlət təhlükəsizliyi baxımından addımlar atılıb. Qanun çərçivəsində fəaliyyət göstərən bütün icmalar isə öz işindədir. İbadətlərini yerinə yetirir, onlara qarşı da hər hansı təzyiq yoxdur».

Bununla belə, deputat qanunvericilik baxımından, bəzi problemlərin olduğunu söyləyib. F.Mustafa hesab edir ki, bəzən Qafqaz Müsəlmanları İdarəsinin rolu önə çəkilir. Belədə isə bu qurum, az qala, dövlət orqanı statusu alır: «Amma bütünlükdə ölkədə dini durumun pisləşdiyini söyləmək olmaz. İnanclı insanlarla problemi olan hakimiyyət «Heydər» məscidini niyə tikirdi ki? Yəni, dövlətin dinlə problemi yoxdur. Azərbaycanda dini durumun pisləşməsi haqda hesabatdakı dəyərləndirmə ümumən gerçəkliklə uzlaşmır».

Günün bütün mövzuları

XS
SM
MD
LG