Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:24

80 yaşlı Kərimov döyülməyib?


Bakıda polis maşını
Bakıda polis maşını

Daxili İşlər Nazirliyi Cəlilabad rayonunun Məlikqasımlı kəndinin sakini Həmdulla Kərimovun şikayətinə münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Azadlıq Radiosuna məktub göndərib.Məktubda polisə qarşı ittihamlar yalanlanır.

80 yaşlı, birinci qrup əlil Həmidulla Kərimov Azadlıq Radiosunun “Qaynar Xətt” verilişinə bildirmişdi ki, fevralın 23-də polslər onu döyüb. Özü də hadisə Cəlilabad rayonu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) inzibati binasının qarşısında baş verib. 80 yaşlı ahıl ora sanatoriyalardan birinə müalicə üçün göndəriş almağa gedibmiş.Deməsinə görə, onun növbəsiz sənəd alma istəyi sonda döyülməsi ilə nəticələnib.

Orxan Mansurzadə isə bildirir ki, Həmidulla Kərimovu Cəlilabad Rayon Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasının qarşısında polisin döyməsi barədə səslənmiş fikirlər həqiqətdən uzaqdır.
Şöbə rəisi qeyd edir ki, hadisə Həmudulla Kərimovun söylədiklərindən fərqli olub:

“Həmdulla Kərimov fevralın 23-də 30 saylı Cəlilabad Rayon Tibbi-Sosial Ekspert Komissiyasına növbəti müayinə ilə əlaqədar gəlib. Həmin vaxt Komissiyanın inzibati binasının qarşısında toplaşan insanların çoxluğunu görüb, ərazidə ictimai qaydanın qorunmasına cəlb olunmuş polis əməkdaşlarından onun növbədənkənar buraxılmasını tələb edib.

İstəyinə nail olmadığına, narazı qaldığına görə, H.Kərimov orada xidmət aparan polis əməkdaşlarının guya onu döymələri barədə Cəlilabad rayon Prokurorluğuna və müxtəlif təşkilatlara müraciətlər göndərib. Rayon prokurorluğu tərəfindən aparılan araşdırma zamanı isə Həmdulla Kərimovun döyülməsi faktı öz təsdiqini tapmayıb.”-deyə Orxan Mansurzadə bildirir.

Cəlilabadın Məlikqasımlı kəndində yaşayan 80 yaşlı Həmdulla Kərimov birinci qrup əlildir. AzadlıqRadiosuna danışmışdı ki, ötən ayın 23-də polis əməkdaşları tərəfindən döyülüb. Özü də hadisə Cəlilabad rayonu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) inzibati binasının qarşısında baş verib. 80 yaşlı ahıl ora sanatoriyalardan birinə müalicə üçün göndəriş əldə etməyə gedibmiş.

XS
SM
MD
LG