Keçid linkləri

2017, 22 Fevral, çərşənbə, Bakı vaxtı 21:55

Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovun polis bölməsində döyülməsi və təzyiqlərə məruz qalması ilə bağlı verdiyi açıqlamaya münasibət bildirilib.

Buna da bax:​ Mehman Hüseynov azad olundu: 'Başıma torba keçirdilər...'

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Moderin.az-a deyib ki, Mehman Hüseynov yalan danışır:

“Polis orqanlarında nə adam döyürlər, nə adam “toka” verirlər. Bunların hamısı Mehman Hüseynovun uydurduğu boş-boş nağıllardır, şər və böhtandan başqa bir şey deyil”.

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarına saxlanıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

Buna da bax: Avropa komissarı Mehman Hüseynova təzyiqləri pisləyib

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Buna da bax:

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG