Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 11:44

DİN Mehman Hüseynovdan prokurorluğa şikayət edib


Daxili İşlər Nazirliyi

Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovla bağlı Baş Prokurorluq qarşısında vəsatət qaldırıb.

Bu haqda DİN-in saytı xəbər verir.

Nazirlik hesab edir ki, bloqqer ona işgəncə verildiyini söyləməklə polisi ağır cinayətdə ittiham etməklə böhtan atır. Baş prokurorluq nazirliyin böhtan iddiasına hüquqi qiymət verməlidir.

Buna da bax:​ Bloqqer cəriməni qara qəpiklərlə ödəyəcək

Nazirliyin məlumatında əlavə edilir ki, yanvarın 9-da saat 19.45 radələrində Mərdanov Qardaşları və Həzi Aslanov küçələrinin kəsişməsində iki nəfərin ictimai qaydanı pozmaları haqda məlumat daxil olub.

Nazirlik iddia edir ki, hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət ediblər. Ancaq onlar polisin qanuni tələbinə qəsdən tabe olmayıblar.

“Rayon polis idarəsinə gətirilən bu şəxslərin Bakı şəhər sakinləri Mehman Hüseynov və Əkrəm Təhməzov olmaları müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinə əsasən tutma tətbiq olunub. Yanvarın 10-da Əkrəm Təhməzov və Mehman Hüseynov haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci - polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə protokol tərtib edilib. Onlar toplanmış materiallarla birlikdə məhkəməyə göndəriliblər. Məhkəmənin qərarı ilə Əkrəm Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub. Mehman Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb”, nazirlik bildirir.

Buna da bax:​ Avropa komissarı Mehman Hüseynova təzyiqləri pisləyib

DİN M. Hüseynovun məhkəmədən sonra jurnalistlərə açıqlamasında əsassız iddialar səsləndirdiyini bildirir.

Nazirlik bloqqerin azadlığın qanunsuz məhdudlaşdırılması, işgəncələrə, fiziki ağrı və psixi iztiraba məruz qalması barədə söylədikləri ilə razılaşmır.

DİN hesab edir ki, bu açıqlamalar ictimaiyyəti çaşdırmaq və polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyıb.

Xatırlatma

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında saxlanıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

Buna da bax:​ Vəkildən DİN-ə şəkilli cavab

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Yanvarın 11-də isə Mehman Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Multimedia

XS
SM
MD
LG