Keçid linkləri

Təcili xəbərlər
2020, 08 Avqust, şənbə, Bakı vaxtı 10:00

DİN müraciət etdi: ‘Yoluxma riskini artıran toplaşmalardan çəkinin’


Daxili İşlər Nazirliyi xüsusi karantin rejimi ilə bağlı vətəndaşlara müraciət ünvanlayıb.

Müraciətdə vətəndaşlar koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni unutmamağa, yoluxma riskini dəfələrlə artıran toplanışlardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağrılıb.

“İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq xüsusi karantin rejiminin tələblərinə əməl edəcək, özünüzün və yaxınlarınızın sağlamlığının qayğısına qalacaqsınız”, - müraciətdə deyilir.

Bugün Bakıda və ölkənin başqa yerlərində orduya dəstək aksiyaları keçirilib. İndilərdə paytaxtda parlament binası önünə minlərlə insan toplaşıb. Onların arasında maskadan istifadə etməyənlər də var, sosial məsafə isə gözlənilmir.

İyulun 14-də isə Ermənistan-Azərbaycan sərhədində Tovuz istiqamətində gedən döyüşlərdə həlak olan hərbçilərdən bir neçəsinin dəfni olacaq.

Onlardan biri general-mayor Polad Həşimovun nəşi indilərdə Sumqayıta gətirilib. Onun yaşadığı binanın önündə yüzlərlə insan toplaşıb, şüarlar səsləndirirlər. Polisin sərt müdaxiləsi müşahidə edilmir.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Son 3 gündə Azərbaycan tərəf biri general olmaqla 11 hərbçisini itirməsi, 4 yaralı olması haqda xəbər yayıb.

Ermənistan tərəf də dörd hərbçisinin ölməsi haqda məlumat yayıb. O da öz növbəsində baş verənlərə görə Azərbaycanı ittiham edir.

Şərhlər

XS
SM
MD
LG