Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:59

DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb 


Firudin Ələkbərli

Daxili İşlər Nazirliyi (DİN) bu gün, sentyabrın 14-də Tovuz şəhərində qətlə yetirilən keçmiş məhkəmə sədri ilə bağlı məlumat yayıb.
Məlumatda iddia edilir ki, sentyabrın 13-ü saat 9 radələrində Tovuz şəhəri ərazisində Qədirli kənd sakini Firudin Ələkbərlinin işlədiyi ofisə gələn Yanıqlı kənd sakini Əli Şəmiyev münaqişə zəminində odlu silahdan atəş açaraq ona xəsarət yetirib.

DİN habelə bildirib ki, Ə.Şəmiyev könüllü olaraq Tovuz Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub, istifadə etdiyi “Makarov” markalı tapançanı və 16 ədəd patronu təhvil verib.
Xəstəxanaya yerləşdirilən F.Ələkbərlinin orada vəfat etdiyi açıqlanıb.

“Faktla əlaqədar rayon prokuroluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb” məlumatda vurğulanır.

Bu açıqlamaya, hələlik, Əli Şəmiyev və ya onun yaxınlarından münasibət almaq mümkün olmayıb. Onun iş adamı kimi fəaliyyət göstərdiyi bildirilir.

Xatırlatma

1963-cü il doğumlu F.Ələkbərli Ədalət Partiyasının Tovuz təşkilatının sədri idi. O, ötən əsrin 90-cı illərində Tovuz Rayon Xalq Məhkəməsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildən məhkəmə sədri kimi fəaliyyət göstərən F.Ələkbərli 1995-ci ildə həmin vəzifədən uzaqlaşdırılıb. O, milli azadlıq hərəkatında da yaxından iştirak edib.F.Ələkbərlinin son vaxtlar hüquqşünas kimi fəaliyyət göstərdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG