Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 10:20

DİN 25 kiloqrama yaxın narkotik maddə aşkarladığını bildirir


Marixuana
Marixuana

25 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yanvarın 4-də yaydığı məlumatda belə deyilir.

Məlumatda vurğulanır ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu polis şöbəsi əməkdaşları əvvəllər məhkum olunmuş Şahin Əliyevdən 14 qramdan artıq marixuana aşkar ediblər.
“ Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 22,5 kiloqrama yaxın marixuana götürülüb”, açıqlamada iddia olunur.
Ancaq hələlik, bu ittihama adı çəkilən şəxsdən və ya onun yaxınlarından münasibət almaq mümkün olmayıb. Onun ittihama münasibəti bəlli deyil.

DİN daha 2 kiloqrama yaxın narkotik vasitənin Quba, Yevlax rayonlarında, Sumqayıt şəhərində və Bakının Sabunçu rayonunda aşkarlandığı bildirir.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlandığı, zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdiyi qeyd olunur.

XS
SM
MD
LG