Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:44

44,7 min abituriyentin 39 mini tələbə oldu


Foto arxivdəndir
Foto arxivdəndir

Dövlət imtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üzrə tələbələrin ali təhsil müəssisələrinə qəbul edilməsinin nəticələrini elan edib.

Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından öyrənə bilərlər.

Tələbə adı qazanmış şəxslər avqustun 16-dan 28-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

DİM-in məlumatına görə, ali təhsil müəssisələrinin müsabiqəsində 44 min 772 abituriyent iştirak edib. Onlardan 39 min 906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

Tələbələrin təqribən 70 faizi ödənişli əsaslarla təhsil alacaq.

11 min 963 nəfərin dövlət sifarişi, 27 min 943 nəfərin isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə etdiyi bildirilir.

Bir qrup abituriyentin isə imtahandankənar tələbə adı qazandığı qeyd edilir. 61 abituriyent idman, 5 abituriyent isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğundan bakalavriatura səviyyəsinə birbaşa qəbul olunub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerləri barədə, hələlik, məlumat verilmir. DİM boş qalan yerlər haqqında yaxınlarda ictimaiyyətə məlumat verəcək. Həmin yerlərə ixtisas seçiminin avqustun 16-dan 20-dək internet vasitəsilə aparılacağı bildirilir.

Xatırlatma

2017-ci ildə isə Azərbaycandakı ali təhsil müəsissələrinin müsabiqələrində 42 min 804 abituriyentin iştirak etdiyi açıqlanmışdı.

Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunmuşdu.

11 728 nəfər dövlət sifarişi əsasında, 24 653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə etmişdi.

XS
SM
MD
LG