Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:41

Xarici dili “supersürətlə” necə öyrənmək olar?


Britaniya jurnalisti Jonathan Wells-in məqaləsində deyilir ki, xarici dil öyrənməyə ən tənbəl millət olan ingilislər birdən-birdən kədərli bir perspektivlə qarşılaşıblar. Ötən ilin iyununda Avropa İttifaqından çıxmağa səs vermələri onlara əlavə problem yaradıb.

Bu ayın əvvəllərində isə Avropa Komissiyasının prezidentiJean-Claude Juncker, necə deyərlər, baltanı lap dibindən vurub.

"Zarafatcıl" Juncker ingilisləri "qorxudub"
"Zarafatcıl" Juncker ingilisləri "qorxudub"

O deyib ki, bundan sonra iclaslarda daha çox fransız dilində çıxış edəcək, çünki onun fikrincə ingilis dilinin əhəmiyyəti azalmaqdadır. Burası da var ki, ingilis dilinin əhəmiyyəti, ən azı fransız dili qədər azalmayacaq (Avropa İttifaqı əhalisinin yalnız 15 faizi fransızca danışır), amma cənab Juncker növbəti qara zarafatını edib.

İngilislər bu zarafata kifayət qədər ciddi yanaşırlar. Ümumiyyətlə isə Britaniyada Aİ-nin taleyini “həll etmiş” referendumdan bəri ispanca öyrənmək istəyən ingilislərin sayı 427 faiz artıb. Elə fransız dilinə də maraq yüksəlişdədir (342 faiz).

Britaniya mediası xarici dillərə yiyələnmək istəyənlərə kömək məqsədilə ən müxtəlif materiallar dərc edir.

Azadlığın Oxu Zalı bu materialların əsasında, ümumiyyətlə xarrici dilləri, həm də çox tez öyrənməyə dair məsləhətləti bir yerə toplayıb.

Xəbərlərə xarici dildə baxın və ya qulaq asın

Londondakı Yaxın və Orta Şərq Universitetinin (Azərbaycanda şərqşünaslığın ekvivalenti) dil və mədəniyyət fakültəsinin baş müəllimi Nərgiz Fərzad deyir ki, xarici dili sürətli öyrənməyin metodlarından biri də xəbər proqramlarına öyrənmək istədiyiniz dildə baxmaq və dinləməkdir.

Xarici dili xəbərlərdən öyrənmək olar
Xarici dili xəbərlərdən öyrənmək olar

Xanım Fərzad məsləhət görür ki, xəbər telekanallarına növbəli baxmaq çox faydalıdır. Məsələn yarım saat xəbərlərə sizə tanış olan dildə baxdıqdan sonra, öyrənmək istəydiyiniz dildə olan kanala baxın. Günün xəbərləri adətən bütün kanallarda bu və ya digər dərəcədə eyni olur.

Yeri gəlmişkən televizya reklamlarından da eyni şəkildə faydalanmaq olur. Qulaq getdikcə həm dilə öyrəşir, həm də heç olmasa iki sözü öyrənib seçə bilsəniz, necə deyərlər qənimətdir. Günə 2-3 söz az deyil.

Texnologiyalardan geniş istifadə edin

Qvatemala biznesmeni Luis Von Ahn deyir ki, indi az qala hər bir şeyin aplikasiyaları olduğu kimi, dil öyrədən aplikasiyalar da var.

Telefon təkcə oyun oynamaq üçün deyil
Telefon təkcə oyun oynamaq üçün deyil

“Bu aplikasiyalarla əlinizdəki telefonda da dil məşğələsi edə bilərsiniz. Məsələn avtobus gözləyirsiniz. Oyun oynamaqdansa, dil öyrənməyə çalışın. Avtobus gəlib çıxdı, lap yaxşı, məşğələyə davam edin. Evdə ayrı iş-gücünüz də ola bilər” - deyir biznesmen.

Onun özünün Duolingo adlı dil platformasının hazırda 150 milyon üzvü var. Biznesmen deyir ki, bu adamların çoxu başqa bir şəkildə xarici dili öyrənməyə sadəcə vaxt tapmaya bilərdi.

Von Ahn haqlıdır. Nyu York Universitetinin apardığı bir araşdırmadan məlum olub ki, Duolingo kimi platformalardan 34 saat istifadə etmək bir semestr universitetə getməyin faydasını verir.

Mahnılar və kinofilmlər

Nərgiz Fərzad öyrənmə üsulu kimi yad dildə mahnılar dinləməyi və kinofilmlərə baxmağı məsləhət görür.

Xarici filmlər dil vəsaiti ola bilər
Xarici filmlər dil vəsaiti ola bilər

O deyir ki, şəxsən özü ingiliscə mahnılardan öyrəndiyi qədər dərsliklərdən öyrənməyib:

“Terry Jacks-in “Günəşin fəsilləri” (Seasons in the Sun) mahnısı mənə Janet & John-un İngilis dili kitablarından daha çox şey öyrədib”.

Fərzad bu məsələdə də haqlıdır. 2013-cü ildə Edinburq Universitetində aparılmış bir araşdırnmadan bəlli olub ki, hədəf dildə manhılara qulaq asan tələbələrin dil imtahanı göstəricələri qat-qat yaxşı olub.

Mahnını dinləmək və onunla birlikdə oxumaq sözləri yaddaşa daha yaxşı həkk edir.

Dilini öyrəndiyiniz ölkəyə səfər edin, adamları ilə danışın

Londondakı Kings College Universitetinin Müasir Dillər Mərkəzinin direktoru, professor Ana de Medeiros deyir ki, dili öyrənmək üçün o dili daşıyınların mədəniyyətində “qərq olmaq” lazımdır.

Öyrəndiyniz dili danışan ölkədə olmaq əvəzsiz imkandır. Çünki sözlər və ifadələr real situasiyalarda daşlaşır.

Bu həm də ona görə lazımdır ki, biz söz və ifadələri yox, canlı dili öyrənmək istəyirik.

Xarici dili daşıyan xalqın mətbəxini öyrənin

Nərgiz Fərzad deyir ki, kulinariya kitabları müxtəlif dillərdə dərc olunur. Xarici xörəkləri bişirməyi öyrənərkən siz reseptdəki sözləri də öyrənmiş olursunuz.

Kulinariya kitabı həm dil dərsliyidir
Kulinariya kitabı həm dil dərsliyidir

Bu isə az deyil. Yad bir xalqın mətbəx dilini öyrənirsiniz. Mətbəxsə həm mədəniyyət, həm də ünsiyyətdir.

Əgər kulinariya respetləri olan kitab şəkillidirsə, bu ümumiyyətlə çox qiymətli bir dil vasitəsdir. Burada nəyisə başa düşmək üçün lüğət axtarmağa ehtiyac da qalmır.

Bütün mümkün metodları həyat tərzinizə daxil edin

Lids Universitetinin Dillər, Mədəniyyətlər və Cəmiyyətlər Məktəbinin direktoru Caroline Campbell isə sanki bütün bu deyilənlərə yekun vurur.

O yazır ki, xarici dili öyrənmək üçün bütün mümkün metodları gündəlik həyatımıza inteqrasiya etməyi öyrənməliyik.

Xarici dili öyrənmək üçün günün müəyyən saatlarını ayırmaq olar, amma zehni məşğələ gün ərzində davam etməlidir.

Beləliklə, xəbərlərə qulaq asın, televizora baxın, xörək bişirin və dili tədricən öyrənin.

Supersürət də beləcə yaranır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG