Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:34

“Diqlas”ın sahibkarları güzəştli kredit istəyirlər


Bakıda "Diqlas" ticarət mrkəzi yanır 26 mart, 2019.

Martın 29-da “Diqlas” Ticarət Mərkəzində mağazaları yanan 142 sahibkarı İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu qəbul edib.

Nazirliyin bu gün, martın 30-da yaydığı məlumata görə, sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında qəbul edilib.

Məlumatda qeyd edilir ki, sahibkarların problemləri, dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilib

Nazirliyin bildirməsinə görə, sahibkarlara 350-yə yaxın ticarət obyektində 5 ay icarə haqqı ödənilməmək şərti ilə fəaliyət göstərmələri məqsədi ilə yer təklif olunub.Onlardan 135 sahibkarın ticarət obyektinə ehtiyaclarının olduğunun müəyyən edildiyi qed edilir.

Məlumatda habelə vurğulanır ki, 126 sahibkar təxminən 6,3 milyon manatdan çox güzəştli kredit istəyib. Nazirlirk Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi imkanlarını da sahibkarların diqqətinə çatdırıb.

Nazirlik bu gün, martın 30-da və 31-də də iş adamlarının qəbulunun davam etdiriləcəyini nəzərə çatdırır.

Martın 29-da prezident İlham Əliyev də «Diqlas» Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədilə sərəncam verib.

Sərəncamla 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılacaq. Nazirlikdə «Diqlas» Ticarət Mərkəzində mağazaları yanan sahibkarlarla bağlı işçi qrup da fəaliyyət göstərir.

Xatırlatma

Martın 26-da səhər saat 8 radələrində «Diqlas» Ticarət Mərkəzində yanğın başladığı açıqlanmışdı. Hadisə yerində olan şahidlərin bildirməsinə görə, nəticədə həm dördmərtəbəli Mərkəz, həm də ona bitişik bir sıra binalar yanıb. 10-dan çox şəxsin xəsarət gördüyü bildirilir.

Rəsmi qurumlar yanğının baş vermə səbəblərini araşdırırlar.

Mərkəzdə mağazaları olan sahibkarlar onlara ciddi şəkildə ziyan dəydiyini açıqlayıblar. Sahibkarların bir çoxunun bildirməsinə görə, mallarının sığortası olmayıb. Ümumilikdə 420 şəxsə ziyan dəydiyi bildirilir.

Multimedia

XS
SM
MD
LG