Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 12:20

Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı


Prezident İlham Əliyev bu gün, iyulun 6-da Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında fərman imzalayıb.

Sənəddə Fondun Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli mənəvi dəyərləri inkişaf etdirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradıldığı bildirilir.

Fərmanda qeyd edilir ki, ümummilli ideyaları, milli mənəvi dəyərləri sistemləşdirmək, onların ölkə vətəndaşları və xaricdə yaşayan azərbaycanlılar arasında yayılmasını təmin etmək dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Xatırlatma

Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.

Publik hüquqi şəxs onun özü, dövlət, bələdiyyə adından yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur, lakin dövlət və ya bələdiyyə orqanı sayılmır.

Azərbaycanda ilk publik hüquqi şəxs 2016-cı il fevralın 3-də yaradılıb. Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG