Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:12

Ekspert: 'Azərbaycan diasporasının xaricdəki işi şou xarakter daşıyır' [video]


Azərbaycanlıların həmrəyliyinə nələr mane olur?
Gözlə

No media source currently available

0:00 0:15:04 0:00

Azərbaycanlıların həmrəyliyinə nələr mane olur? [A-Live]

31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”dür. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar hansı məsələlərdə birləşə bilirlər, əsas fikir ayrılıqları mövzuları nədir? Bu sualların cavabından öncə qısaca bu günün tarixinə nəzər salaq:

70 illik sovet hakimiyyətinin son günlərində - parçalanmış başqa xalqlar kimi Azərbaycanlılar arasında da birləşmə arzuları alovlanmışdı. 1989-cu il dekabrın son günlərində o zamankı milli azadlıq hərəkatının fəalları ölkənin İranla dövlət sərhədi boyunca bir neçə istiqamətdə sərhədi dağıtdılar. İran Azərbaycanında qalan soydaşları ilə 70 illik həsrətə son qoydular. Sonrakı illərdə Azərbaycan respublikası özünü müstəqil dövlət elan etdi, İran Azərbaycanı ilə sərhədlərdə gediş-gəliş şərtləri asanlaşdı.

Buna da bax: Ölkədə 5 gün bayram olacaq

1992-ci ildə də o zamankı prezident Əbülfəz Elçibəyin qərarı il hər il dekabrın 31-i dövlət səviyyəsində Dünya Azərbaycanlılarının həmrəyliyi Günü kimi qeyd edilməyə başlayıb.

Elman Mustafazadə 28 ildir Avropanın müxtəlif ölkələrində yaşayır. Hazırda Hollandiyadakı “Azərbaycan Dostları Cəmiyyətinin” sədridir. O qeyd edir ki, ötən müddətdə birlik olmaq, Azərbaycan üçün nələrsə edə bilmək üçün daim çalışıblar. Amma o, Azərbaycan diaspora təşkilatlarının bu istiqamətdə addımlarını yetərli saymır:

Elman Mustafazadə
Elman Mustafazadə

“Təəssüflər olsun ki, Azərbaycan diasporasının xaricdəki işi şou xarakter daşıyır. Bizim rəqibimiz olan ermənilərin xaricdə qəzetləri, jurnalları digər güclü fəaliyyəti var. Amma Azərbaycan diasporasının işi daha çox şouya bənzəyir. Amma gənclər tam başqadır. Onlar həqiqətən fəaliyyət göstərirlər. Özü də heç bir maddi maraq, təmənna güdmədən hər ölkədə 4-5 fəal gənc var. Son 5 ildə xaricdə yaşayan gənclər aparıcı bir qüvvəyə çevrilib. Hətta bəzilərinin maddi sıxıntısı olsa da Azərbaycan üçün daim səmərəli fəaliyyət göstərirlər”.

Buna da bax: Əkrəm Əylisli: 'O sözün yerini boş qoyun'

Dövlət Diasporasının xətti ilə 2016-ci ildə müxtəlif ölkələrdə "Xocalıya ədalət" şüarı ilə müxtəlif tədbirlər keçirilib, mədəni irsin təbliği, lobbiçiliklə bağlı müxtəlif işlər görülüb. Xaricdə yaşayan müxalifət yönümlü insanlarsa daha çox insan haqlarının qorunması, siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyaları ilə yadda qalıblar. Amma iqtidarlı, müxalifətli hər kəsin bir araya gəldiyi an da olub. Bu da əsasən "Qarabağ" futbol klubunun oyunlarında iştirak etmək, komandanı dəstəkləmək üçün tədbirlərdə müşahidə edilir.

Bu günlərdə - dekabrın 25-də Prezident İlham Əliyev də "Dünya Azərbaycanlıların Həmrəylik Günü" münasibətilə təbrikində azərbaycanlıların birləşə biləcəkləri məsələlərə də toxunub:

Buna da bax: Prezident xalqı təbrik edib

“Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Buna görə də xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər”.

İlham Əliyev məqsədyönlü və birgə fəaliyyətin Dağlıq Qarabağ münaqişəsinin də həllinə töhfə verəcəyini vurğulayıb.

Hikmət Hacızadə
Hikmət Hacızadə

Buna da bax: Azərbaycanlılar həmrəylik gününü qeyd edir

Politoloq Hikmət Hacızadə isə o qənaətdədir ki, bəzi istisnalara baxmayaraq, azərbaycanlılar arasında birlik yoxdur:

“Qohum-əqraba arasında həmrəylik var. Hətta hərdən həddini də aşır. Xeyirdə, şərdə həmrəylik var, birləşirlər. Amma cəmiyyət, ölkə, vətən, hansısa amal, ideya səviyyəsində həmrəylik yoxdur. Bu da cəmiyyətin inkişafının göstəricisidir”.

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq. Onlardan soruşmuşuq ki, sizcə, hansı problemlər azərbaycanlılar arasında həmrəyliyə mane olur?:

Hansı problemlər azərbaycanlıların həmrəyliyinə mane olur?
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Azərbaycanda xüsusilə daxili siyasi vəziyyət, insan haqlarının, demokratiyanın vəziyyəti sahəsində kəskin fikir ayrılıqları var. Hətta, bu kimi problemlərdə konsensus tapılması üçün beynəlxalq təşkilatlardan da dəfələrlə çağırışlar səslənir. Amma həm sıravi vətəndaşlar, həm də siyasi qruplar adətən Qarabağ problemi, ölkənin ərazi bütövlüyünün bərpası kimi mövzularda nisbətən yaxın fikirlərlə səsləndirirlər.

Buna da bax:

Bir il qocalmaqdan qorxmayan qadın
Gözlə

No media source currently available

0:00 0:04:41 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG