Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 00:15

Dərman şirkətləri hökumətə müraciət edib


Apteklərdə qıtlıq aradan qalxır
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Apteklərdə qıtlıq aradan qalxır

Xarici valyuta ilə bağlı yaranan problemlərin dərman şirkətlərini də hərəkətə gətirdiyi bildirilir.

APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, dərman şirkətləri hökumətə müraciət edib.

E.Ağayev deyib ki, valyuta problemlərinin dərman qıtlığına yol açacağı ilə bağlı məsələ hər kəsi narahat edir:

«Dərman şirkətləri baş nazirin müavini Əli Əhmədova müraciət edib. Bu müraciət Səhiyyə Nazirliyinə də göndərilib. Bu məsələ İqtisadiyyat Nazirliyini də çox narahat edir. Dünən Tarif Şurası ilə bu məsələni müzakirə etmişik. Çünki bir çox dərman şirkəti, əhali Səhiyyə Nazirliyinə müraciət edir ki, dərman vasitələrinin çatışmazlığı yarana bilər. Düşünürəm ki, bu məsələ tənzimlənəcək. Çünki İqtisadiyyat Nazirliyi hökumətin, Milli Bankın qarşısında məsələ qaldırıb ki, bu məsələ tənzimlənsin. Əsas problem yaradan məsələ valyutanın müəyyən olunmuş marjadan - 4 faizdən yuxarı satılmasıdır. Bu səbəbdən şirkətlər işlərini tənzimləyə bilmirlər. Şirkət də maraqlıdır ki, gətirdiyi dərmandan müəyyən qədər vəsait qazansın. Bu məsələ mütləq tənzimlənəcək».

Son günlər ölkənin əksər bankları isə ABŞ dolları satışını dayandırıb. Bu da əhalidə müəyyən narahatlıq və narazılıq yaradıb.

Dollar tapılmır. Topdan satış zəifləyib

Dollar tapılmır. Topdan satış zəifləyib
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

XS
SM
MD
LG