Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 09:30

Deputat qanunların sürətli qəbulunun səbəbini açıqlayır


Milli Məclis
Milli Məclis

Milli Məclisin iyulun 12-də keçirilən plenar iclası da ötən dəfəki iclas kimi, qısa müddətdə başa çatıb. Keçən dəfə deputatlar 35 məsələyə münasibət bildirmişdilər, bu dəfə 28.

MM üzvlərinin bu qədər qısa vaxtda müzakirələri başa vurması tənqid edilsə də, deputatlar fərqli düşünürlər.

Deputat Sabir Haciyev AzadlıqRadiosuna açıqlamasında son iki iclasda 57 qanuna dəyişikliklərin qəbul olunmasını belə izah edib: «Milli Məclisin son iki plenar iclasında qəbul edilmiş 63 qanunun heç də hamısı yeni qanunlar deyildi. 63 qanundan 57-sinə dəyişikliklər olunurdu. Dəyişikliklərin çoxu da ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılırdı. Odur ki, qəbul edilmələri çətin deyildi, üstəlik, səsvermə də o qədər vaxt aparmır».

Deputatın sözlərinə görə, burada söhbət yeni qanun qəbul edilməsindən yox, qanuna dəyişikliklərdən gedir.

O xatırladır ki, «Normativ aktlar haqqında» Konstitusiya Qanununda normativ aktların qəbulu, onlara baxılması qaydaları müəyyən edilib.

«Bu qanuna əsasən, əgər qanunvericiliyə dəyişikliklər edilirsə, o da yeni qanun kimi üç oxunuşdan keçərək qəbul edilməlidir, yalnız texniki düzəliş bir oxunuşdan sonra qəbul edilə bilər. Ona görə də birinci oxunuşda təkliflər verilir, ikinci oxunuşda təkliflərə baxılır, yeni təkliflər varsa dinlənilir, üçüncü oxunuşda isə dəyişiklik qəbul olunur. Biz bu ildən həmin qaydaya əməl etməyə başladıq. Buna qədərsə elə qanuna dəyişikliklər də texniki düzəliş kimi bir oxunuşda qəbul edilirdi. Odur ki, bununla bağlı parlamentin növbədənkənar plenar iclaslarına ehtiyac yarandı, parlamentin fəaliyyəti uzandı», - S.Hacıyev izah edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG