Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:34

Deputat naziri tənqid elədi, nazirlik cavab verdi


Vahid Əhmədov, arxiv foto

Deputat Vahid Əhmədov parlamentin bu gün, mayın 31-də keçirilən iclasında Müdafiə naziri Zakir Həsənovu tənqid edib.

APA-nın məlumatına görə, deputat çıxışında Zakir Həsənov və Baş Qərargah rəisi Nəcməddin Sadıqovun Azərbaycan dilini təmiz bilmədiyini bildirib:

“Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Zakir Həsənov da, Baş Qərargah rəisi Nəcməddin Sadıqov da azərbaycanca yaxşı danışa bilmirlər”.

Xəbərə görə, deputat Şuşada bu günlərdə tanınmayan seçkilərlə bağlı keçirilən “inauqurasiya” mərasiminə də toxunub, “İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa, müəyyən addımlar atmalıydıq”, deyə xəbər görə, Milli Məclisin iclasında deputat deyib.

Nazirlikdən cavab

Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

Vahid Əhmədovun çıxışı ilə bağlı Müdafiə Nazirliyi də açıqlama yayıb. Nazirliyin rəsmi saytında yayılan məlumatda isə yazılıb ki, mayın 31-də Milli Məclisin növbəti iclasında millət vəkili Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir:

“Bildiririk ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib.

Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir”

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. Ərazi mübahisəsi silahlı münaqişəyə çevirilib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Bu il tanınmayan və Azərbaycanın separatçı saydığı Dağlıq Qarabğın rəhbərliyinə seçkilər keçirildiyi deyilir. Həmin seçkiləri heç bir ölkə tanımayıb. Mayın 21-də isə Dağlıq Qarabağdakı işğal edilmiş Şuşa şəhərində həmin seçkilərlə bağlı “inauqurasiya” mərasiminin olduğu bildirilir.

XS
SM
MD
LG